Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Elmir Şirinov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda pozulmuş hüquqlarının bərpası ilə bağlı DİO- na müraciət etdiyini qeyd edir. O, müraciətinə operativ baxıldığına, qısa müddətdə araşdırılaraq müvafiq tədbirlərin keçiridiyinə və pozulmuş hüquqlarının bərpa edildiyinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Vətəndaş Ramazan Adilov polis əməkdaşlarının belə nümunəvi xidmətinə, maarifləndirici tədbirlərinə, xoş rəftarlarına və nəzakətli davranışılarına görə rəhbərlik etdiyi kollektiv adından DİN rəhbərliyinə və Sabunçu RPİ-nin DYPB-nin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.

Vətəndaş Yaqub Rzayev üzləşdiyi problemlə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş Zərif Hüseynova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, səhifə vasitəsilə ünvanladığı müraciətinə operativ reaksiya verildiyini, araşdırılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə təşəkkürünü bildirir. 

Jurnalist Lalə İsgəndərli üzləşdiyi problemlə əlaqədar DİN-in Mətbuat Xidmətinə ünvanladığı müraciətinə dərhal reaksiya verildiyini, Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunaraq dinlənildiyini və araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və köməkliyə görə Azərbaycan polisinə minnətdarlığını bildirir. 

Vətəndaş Nəsimi Paşayev “Facebook” sosial şəbəkəsindəki hesabında Azərbaycan polisinə təşəkkür mesajı paylaşıb. O, üzləşdiyi və onu narahat edən problemlə bağlı hesabında paylaşaraq ictimailəşdirdiyi mesajına DİN-dən operativ reaksiya verildiyini, Mətbuat Xidməti tərəfindən aidiyyəti üzrə əlaqələndirilərək müvafiq araşdırmalara başlanıldığını yazır.  
N.Paşayev vətəndaşların müraciətlərinə həssas yanaşılmasına və operativliyə görə DİN rəhbərliyinə və Mətbuat Xidmətinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Pünhan Ağayev DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, Masallı rayonu ərazisində yol hərəkətinin təşkili ilə bağlı ünvanladığı müraciəti ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsindən onunla əlaqə saxlanılaraq ətraflı məlumat və izah verildiyini qeyd edir, müraciətinin müsbət həll olunmasına görə təşəkkürünü bildirir.  

Sumqayıt şəhər sakini Yasəmən Məmmədova üzləşdiyi problemlə bağlı DİN-in “Facebook” səhifəsinə ünvanladığı müraciəti ilə əlaqədar Nərimanov Rayon Polis İdarəsində qəbul edildiyini, müvafiq araşdırmalar aparıldığını, hüquq və vəzifələrinin ona izah olunduğunu yazır. O, müraciətinə operativ reaksiya verildiyinə görə DİN rəhbərliyinə və Nərimanov RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir. 

Bakı şəhər sakini Rufiz Məmmədov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, səhifə vasitəsilə ünvanladığı müraciətinə operativ reaksiya verildiyini, araşdırılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə təşəkkürünü bildirir.