Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
26.04.2021 - Astara rayon sakini Səxavət Xalıqov DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Astara rayon sakini Səxavət Xalıqov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ona məxsus mağazadan oğurluq edən şəxslərin Lənkəran ŞRPŞ-nin əməkdaşlarının peşəkarlığı nəticəsində müəyyən edilərək saxlanılmasına görə minnətdarlığını bildirir.
26.04.2021 - Lənkəran rayonunun Şağlaser kənd sakini Namiq Ağayev DİN rəhbərliyinə...
Lənkəran rayonunun Şağlaser kənd sakini Namiq Ağayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda cinayətkarlıqla mübarizədə atılan qətiyyətli addımlara, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunmasına görə Lənkəran ŞRPŞ-nin rəhbərliyindən razılığını ifadə edir.
26.04.2021 - Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçu Vüsal Məhərrəmovun həyat...
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçu Vüsal Məhərrəmovun həyat yoldaşı öz təşəkkür məktubunda yaşadığı evin qarşısının abadlaşdırılmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
26.04.2021 - Lənkəran rayon sakini Həsənağa Məmmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Lənkəran rayon sakini Həsənağa Məmmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ona məxsus mağazadan oğurluq edən şəxslərin Lənkəran ŞRPŞ-nin əməkdaşlarının peşəkarlığı nəticəsində müəyyən edilərək saxlanılmasına görə minnətdarığını bildirir.
23.04.2021 - Sabirabad rayon sakini Nəsimi Əliyev üzləşdiyi dələduzluq hadisəsi ilə...
Sabirabad rayon sakini Nəsimi Əliyev üzləşdiyi dələduzluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək ona dəymiş ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə BMCMİ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
23.04.2021 - Ağdam rayon sakini Şəmsəddin Əhmədov üzləşdiyi problemlə əlaqədar etdiyi...
Ağdam rayon sakini Şəmsəddin Əhmədov üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə və şəxsi heyətinə təşəkkürünü ifadə edir.
23.04.2021 - Sumqayıt şəhər sakini Zeynalabdin Şixiyev üzləşdiyi problemlə əlaqədar etdiyi...
Sumqayıt şəhər sakini Zeynalabdin Şixiyev üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Sumqayıt ŞPİ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını yazır.
22.04.2021 - DİN-in “Facebook” səhifəsinin izləyicisi, Bakı şəhər sakini İslam Ağayev...
DİN-in “Facebook” səhifəsinin izləyicisi, Bakı şəhər sakini İslam Ağayev səhifə vasitəsi ilə etdiyi müraciətə baxılaraq müsbət istiqamətdə həll edildiyinə görə DİN rəhbərliyinə və Nərimanov RPİ 16-cı Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
22.04.2021 - Bakı şəhər sakini Amin Hacıyev DİN-ə ünvanladığı məktubunda üzləşdiyi...
Bakı şəhər sakini Amin Hacıyev DİN-ə ünvanladığı məktubunda üzləşdiyi soyğunçuluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Suraxanı RPİ 32-ci Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.