Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Naxçıvan MR Şahbuz rayon sakini Günel Kazımova məktubunda üzləşdiyi dələduzluq hadisəsi barədə Şahbuz Rayon Polis Şöbəsinə etdiyi müraciətin nəzarətə götürüldüyünü, ona dəymiş maddi ziyanın qısa müddətdə ödənildiyini qeyd edərək DİN rəhbərliyinə və Şahbuz RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Saməd Məhərrəmov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı müraciəti ilə əlaqədar Nərimanov Rayon Polis İdarəsinə dəvət olunduğunu, yüksək hörmətlə qarşılandığını, hadisə ilə bağlı ətraflı məlumat və izah verildiyinə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Sailə Salahova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və dəymiş maddi ziyanın tam ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Nicat Nağıyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda vətəndaş müraciətlərinə həssas yanaşılmasına və operativ baxılmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Vətəndaş Səbuhi Alxanlı DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciəti ilə əlaqədar Nərimanov Rayon Polis İdarəsinə dəvət olunduğunu, yüksək hörmətlə qarşılandığını və müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Cəmil Hüseynov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə və Yasamal RPİ 29-cu Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Leyla Əliyeva Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Vətəndaş İlham Hüseynli DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı müraciətinin obyektiv araşdırma aparılaraq qısa müddətdə müsbət həll olunduğuna və dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Fatimə Əliyeva avtomobil idarə edərkən səhhətində yaranan problemlə əlaqədar özünü piss hiss etdiyi zaman köməyinə yetişib onu tez bir zamanda təcili tibbi yardım məntəqəsinə çatdırdıqlarına görə Baş Dövlət Yol Polisi əməkdaşlarına təşəkkürünü bildirir. O, təhlükəsizliyin təminatçısı olan Azərbaycan Polisinin gərgin və fədakar xidməti sayəsində özünü güvəndə hiss etdiyini və qürur duyduğunu yazır.