Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Akif Əliyev məktubunda üzləşdiyi dələduzluqla bağlı müraciətinə operativ reaksiya verilərək müsbət həll olunmasında, eləcə də dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Sadiq Şərifov DİN-in “Instagram” səhifəsinə ünvanladığı təşəkkür mesajında üzləşdiyi yol-nəqliyyat hadisəsi zamanı göstərilən köməkliyə, həmçinin diqqət və qayğıya görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Salyan rayon sakini Elçin Məmmədov etdiyi müraciətinə həssaslıqla yanaşılmasına və göstərilən köməkliklərə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Sabirabad rayon sakini Fəqani Əliyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiklərinə görə Sabirabad RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Gəncə şəhər sakini Afaq Rəhimova Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda DİN rəhbərliyinə minnətdarlığını bildirir.

İmişli rayon sakini İndirə Ağayeva DİN-ə ünvanladığı təşəkkür məktubunda Şamaxı rayonunda keçirilən vətəndaş qəbulu zamanı etdiyi müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Saatlı rayon sakini Aqil Əvəzov üzləşdiyi problem ilə bağlı etdiyi müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Sabirabad rayon sakini Ələddin Abbasov Daxili İşlər Nazirliyinə bir neçə həmyerlisi adından ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Sabirabad RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Neftçala rayon sakini Malik Rəcəbov DİN-ə ünvanladığı təşəkkür məktubunda şəhid və qazi ailələrinə göstərdikləri diqqət və qayğıya görə başda DİN rəhbərliyi olmaqla, Neftçala RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.