Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Aqil Alışov bir əsgərin sənədləşmə işi ilə bağlı üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq operativ şəkildə həll olunmasında göstərdikləri köməkliyə görə DİN-in şəxsi heyətinə təşəkkürünü ifadə edir.

Şirvan şəhər sakini Mirsahib Rahiloğlu “Facebook” sosial şəbəkəsində admini olduğu “Doğru TV” səhifəsində “Şirvanda polisimizdən nümunəvi hərəkət...” başlıqlı status paylaşıb. Statusdan: Bu gün bir məqam diqqətimizi çəkdi. Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşı, polis kiçik serjantı Rövşən Məmmədov Daxili Qoşunların əsgərləri ilə birlikdə “Köhnə şəhər” adlanan ərazidə xidməti vəzifəsini yerinə yetirərkən vətəndaşa məxsus şəxsiyyət vəsiqəsi tapıb. Polis əməkdaşı həmin vətəndaşın evinə yollanaraq şəxsiyyət vəsiqəsini ona təhvil verib. Vətəndaş bu cür nümunəvi, məsuliyyətli və qayğıkeş polis əməkdaşlarına görə DİN-in və Şirvan ŞPŞ-nin rəhbərliyinə təşəkkürünü bildirib. Biz də öz növbəmizdə cənab daxili işlər nazirinə təşəkkür edirik ki, belə məsuliyyətli əməkdaşları polis sıralarına təyin edib”.

Baki şəhər sakini Nailə Həsənova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda etdiyi müraciətə operativ baxıldığına və qısa müddətdə araşdırılaraq müsbət həll olunduğuna görə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Abdulla Abdullayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə baxılmasına və ona göstərilən köməkliyə görə minnətdarlıq edir.

Ucar şəhər sakini, Qarabağ qazisi Əli Babayev DİN-in İnstagram səhifəsi vasitəsilə etdiyi müraciətə dərhal reaksiya verildiyinə və həssas yanaşılaraq müsbət həll olunduğuna görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

DİN-in İnstagram səhifəsinin izləyicisi A.Ş səhifə vasitəsilə şantaj olunduğunu bildirmişdi. Vətəndaş yenidən yazaraq dərhal reaksiya verilməklə məsələnin müsbət həll olunduğuna görə DİN rəhbərliyinə təşəkkür edir.

DİN-in Feysbuk səhifəsinin “Anar Zadeh” adlı izləyicisi yaşadığı Biləsuvar rayonunda torpaq sahəsi ilə əlaqədar yaranmış problemlə bağlı müraciət etmişdi. Vətəndaş növbəti mesajında müraciətinə baxılğına və məsələnin həll edildiyinə görə DİN rəhbərliyinə minnətdarlıq bildirir.

DİN-in İnstagram səhifəsinin “azzzz.ov” adlı izləyicisi səhifə vasitəsilə üzləşdiyi dələduzluq faktı ilə əlaqədar etdiyi müraciətə tez bir zamanda baxılaraq həllini tapmasında ona göstərdikləri köməyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasını təqdir edir.

Zaqatala rayon sakini Anar Barxalov , DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə düzgün baxılmasına və ona dəymiş maddi ziyanın ödətdirilməsinə görə, Zaqatala RPŞ-nin əməkdaşlarına öz minnətdarlığını bildirir.