Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
22.05.2023 - Bakı şəhər sakini Valeh Rüstəmov
Bakı şəhər sakini Valeh Rüstəmov müraciətinə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında, eləcə də dəymiş ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Nərimanov RPİ-nin İstintaq Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
22.05.2023 - Bakı şəhər sakinləri Mehriban Həsənzadə və Könül İbrahimova
Bakı şəhər sakinləri Mehriban Həsənzadə və Könül İbrahimova ünvanladıqları təşəkkür məktublarında xidməti vəzifələrini layiqincə yerinə yetirən Xətai RPİ-nin 34-cü Polis Bölməsinin və Səbail RPİ-nin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.
20.05.2023 - Türkiyə Respublikasının vətəndaşı Vacid Gülser
Türkiyə Respublikasının vətəndaşı Vacid Gülser DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında müraciətinə diqqətlə yanaşılmasına və operativliyə, həmçinin müraciətinin müsbət həll olunaraq narahatlığına son qoyulmasına görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
20.05.2023 - Bakı şəhər sakini Gültəkin Əlizadə
Bakı şəhər sakini Gültəkin Əlizadə DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, DİN-in “Instagram” səhifəsi vasitəsilə ünvanladığı müraciətinə operativ baxıldığını və müvafiq tədbirlərin görüldüyünü yazır, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.
20.05.2023 - Bakı şəhər sakini Günel Qədirli
Bakı şəhər sakini Günel Qədirli DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə həssas yanaşıldığına və göstərilən köməkliyə görə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
20.05.2023 - Sosial şəbəkə istifadəçisi Aydın Əsgərov
Sosial şəbəkə istifadəçisi Aydın Əsgərov pozulmuş hüquqlarının bərpa olunmasında göstərdikləri köməkliyə görə Nərimanov RPİ 16-cı Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.
20.05.2023 - Sosial şəbəkə istifadəçisi Ziba Rəhimova
Sosial şəbəkə istifadəçisi Ziba Rəhimova üzləşdiyi dələduzluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında, eləcə də ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Nərimanov RPİ 16-cı Polis Bölməsinin rəisinə və əməkdaşlarına təşəkkürünü ifadə edir.
20.05.2023 - Vətəndaş Səfər Meyrəliyev
Vətəndaş Səfər Meyrəliyev pozulmuş hüquqlarının bərpa olunmasında göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə minnətdarlığını yazır.
20.05.2023 - Sabirabad rayon sakini Kamil Məmmədli
Sabirabad rayon sakini Kamil Məmmədli Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdikləri problem ilə bağlı etdikləri müraciətə operativ reaksiya verildiyinə görə DİN rəhbərliyinə və Şirvan ŞPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.