Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Natiq Bəydəmirov pozulmuş hüquqlarının bərpası ilə bağlı müraciətə operativ baxıldığını, Xəzər Rayon Polis İdarəsində obyektiv araşdırma aparılaraq müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Sosial şəbəkə istifadəçisi İmran Bağırov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinin qısa müddətdə həll olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürlərini bildirir. 

Sosial şəbəkə istifadəçisi Kamil Fərhadlı DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, ünvanladığı müraciətinə operativ baxıldığına və probleminin həll edilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Asim Bədircanlı DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinin qısa müddətdə həll olunmasında göstərilən köməkliyə görə  DİN rəhbərliyinə təşəkkürünü bildirir. 

Sosial şəbəkə istifadəçisi Gülnar Quluzadə DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. Müraciətinə diqqətlə yanaşılmasına və operativ reaksiya verilməsinə görə Binəqədi RPİ 43-cü Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Quba şəhər sakini Aynur İbadova məktubunda Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən keçirilən vətəndaş qəbulunda iştirak etdiyini, müraciəti üzrə müvafiq tapşırıqlar verildiyini yazır. O, obyektiv araşdırma nəticəsində müraciətinin müsbət həll olunduğunu qeyd edir, göstərilən diqqətə və obyektiv araşdırmalara görə DİN rəhbərliyinə və Quba Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Zəfər Nağıyev müraciəti üzrə müvafiq göstəriş verilməsinə, dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə və müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə və Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Füzuli rayon sakini Günay Abbasova məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir. 

Bakı şəhər sakini Ramil Qasımov müraciətlərə və polisin səlahiyyətlərinə aid məsələlərlə bağlı ictimailəşdirilən mesajlara diqqətlə yanaşılaraq dərhal reaksiya verilməsinə, həmçinin avtomobil yollarında təhlükəsizliyin etibarlı təmin olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir, polis əməkdaşlarına çətin və şərəfli işlərində uğurlar arzulayır.