Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Quba rayon sakini Aynurə Mirzayeva pulunun geri qaytarılmasının təmin edilməsinə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakini Rauf Babayev onlayn tətbiq vasitəsilə maddi ziyana məruz qalmasını və bu məqsədlə etdiyi müraciətinin Quba RPŞ-də müsbət həllini tapmasına görə  RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Siyəzən  rayon sakini Pərviz Balabəyov kart hesabından pulunun ələ keçirilməsi ilə bağlı etdiyi müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə və Siyəzən  RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

“Admedia” reklam agentliyi Qubada keçirilmiş festivalda göstərilən dəstəyə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakini Elşən Ağayev etdiyi müraciətinə həssaslıqla yanaşılıb şikayətinin təmin edilməsinə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakini Tehran Əmiraslanov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə Quba RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakini Süleyman Cəfərov etdiyi müraciətinə həssaslıqla yanaşılmasına və tezliklə həll edilməsinə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin  əməkdaşlarına minnətdarlığını bildirir.

Şabran rayon sakini Şərif Məclunov rayon ərazisində ictimai asayişin və ictimai təhlükəsizliyin təmin olunmasına görə DİN rəhbərliyinə və xidməti vəzifələrini layiqincə yerinə yetirən Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Şamaxı rayon sakini Sərgəm Orucov məktubunda DİN rəhbərliyinə təşəkkürünü bildirir. O, ictimai asayişin etibarlı qorunmasına və cinayətkarlığa qarşı aparılan qətiyyətli mübarizə tədbirlərinə görə DİN rəhbərliyinə və Azərbaycan polisinə təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.