Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sumqayıt şəhər sakini Tural Teymurov DİN-ə ünvanladığı təşəkkür məktubunda bildirir ki, fevralın 25-də Quba rayonu ərazisində qarlı hava şəraitində idarəetməni itirərək avtomobil qəzası törədib. Özü xəsarət almayıb, lakin avtomobili yararsız hala düşüb. Dərhal hadisə yerinə gələn Rayon Polis Şöbəsinin əməkdaşları ona mənəvi dəstək olublar, avtomobil evakuator vasitəsilə ərazidən götürülüb. Yol-nəqliyyat hadisəsi sənədləşdirilməsi üçün T.Teymurovun yaşayış yeri üzrə Sumqayıt ŞPİ-yə göndərilmişdir. Müraciət müəllifi polis əməkdaşlarının humanistliyinə və göstərdikləri köməkliyə görə DİN və Quba RPŞ-nin rəhbərliklərinə və şəxsi heyətinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Səbuhi Ağayev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda pulunun mənimsənilməsi ilə bağlı müraciətinin Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsində obyektiv araşdırıldığını qeyd edir. S.Ağayev ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Zaqatala şəhər sakini Polad Abdullayev 9 il öncə naməlum şəraitdə anasını qətlə yetirən cinayətkarın tutularaq məsuliyyətə cəlb edilməsinə görə DİN rəhbərliyinə və Zaqatala RPŞ-nin əməkdaşlarına öz minnətdarlığını bildirir.

“Facebook” səhifəmizin izləyicisi Elgün Həmidli səhifə vasitəsi ilə DİN rəhbərliyinə təşəkkürünü bildirib. Vətəndaş qeyd edir ki, ölkə ərazisində məşələrin qanunsuz olaraq məhv edilməsinin qarşısının alınması ilə əlaqədar keçirilən əməliyyatlar bizlərin ürəyincədir.

“Facebook” səhifəmizin izləyicisi “Mujdan Hacizade” səhifə vasitəsi ilə etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və şəxsi heyətinə təşəkkürünü ifadə edir.

Baki şəhər sakini Seymur Nağıyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda bildirir ki, bu il fevralın 22-də “Toyota Prado” markalı avtomobilindən şüşəni sındırmaq yolu ilə oğurluq edilib. O, bununla bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət etdiyini, polis əməkdaşlarının operativliyi sayəsində qısa müddətdə bu cinayət əməlini törədən şəxslərin saxlanıldığını, oğurlanmış sənədlərinin özünə qaytarıldığını qeyd edir.

S.Nağıyev müraciətlərə diqqətlə yanaşıldığına və operativliyə görə Binəqədi Rayon Polis İdarəsinin və 5-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sumqayıt şəhər sakini Sadəddin Səmədov üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və şəxsi heyətinə təşəkkürünü ifadə edir.

Xocavənd rayon sakini Məhəmməd Qurbanov ictimai asayişin və təhlükəsizliyin qorunmasında fədakar xidmətlərinə, eləcə də qəsəbədə yaradılmış sabitliyə, əmin-amanlığa görə DİN rəhbərliyinə və Xocavənd RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Anar Yarıyev DİN-ə ünvanladığı məktubda aldadılaraq xarici dövlətlərdən birinə aparıldığını, bir müddət ödənişsiz işlədilməyə məcbur edildiyini bildirir. Məktub müəllifi qeyd edir ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə etdiyi müraciətə operativ və obyektiv baxılmış, onun əməyini istismar etmiş şəxs saxlanılaraq dəymiş ziyan tam ödətdirilmişdir. Bununla əlaqədar A.Yarıyev DİN və İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəhbərliklərinə təşəkkürünü bildirir.