Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini, 1-ci qrup əlil Yasəf Qənbərov ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının, eləcə də konstitusion hüquqlarının qorunmasında xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə Nizami RPİ 24-cü Polis Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını ifadə edir.

Vətəndaş Elsevər Xəlilov üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Nəsimi RPİ-nin rəhbərliyinə və şəxsi heyətinə təşəkkürünü yazır.

Gəncə şəhər sakini Bəşir Həsənli etdiyi müraciətin müsbət həllini tapmasına görə Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Şəmkir rayon sakini Bahar Əliyeva öz məktubunda müraciətinə Şəmkir RPŞ-nin rəhbərliyi tərəfindən çevik reaksiya verilməsinə və vətəndaş məmnunluğunun təmin olunmasına görə öz təşəkkürünü bildirir.

Tovuz rayon sakini Məhəbbət Qasımova DİN rəhbərliyinə ünvanladığı məktubunda etdiyi müraciətinə operativ baxılaraq probleminin tez bir zamanda aradan qaldırılmasında göstərilən köməkliyə görə Tovuz RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Elçin Yusubov DİN rəhbərliyinə ünvanladığı onlayn müraciətində xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə daxili işlər orqanları əməkdaşlarına təşəkkürünü bildirir. 

Beyləqan rayon sakini Bəhruz Babayev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

DİN-in “Facebook” səhifəsinin izləyicisi, Bakı şəhər sakini Elnurə Abuşova xüsusi karantin rejimi dövründə xidməti vəzifələrini layiqincə yerinə yetirən polis əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Ağdam şəhər sakini Eldəniz Vəliyev DİN-ə ünvanladığı təşəkkür məktubunda baş vermiş dələduzluqla bağlı etdiyi müraciətə operativ baxılmasına, ona dəymiş ziyanın tam ödətdirilməsinə və göstərilən köməkliyə  görə  Sabunçu Rayon Polis İdarəsinin şəxsi heyətinə təşəkkürünü bildirir.