Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
31.08.2021 - Litva vətəndaşı Elena Tatarskaya itgin düşmüş hesab olunan Vyaçeslav Quliyev...
Litva vətəndaşı Elena Tatarskaya itgin düşmüş hesab olunan Vyaçeslav Quliyev barəsində məlumatın verilməsi ilə bağlı DİN-nə məktubla müraciət edəndən dərhal sonra Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən təşkil olunan operativ araşdırmanın nəticəsi olaraq qısa zaman ərzində şəxs barəsində ona məlumatın verilməsinə görə DİO əməkdaşlarına minnətdarlıq edir.
31.08.2021 - Bakı şəhər sakini Xatun Etibarqızı Daxili İşlər Nazirliyinə ünvanladığı...
Bakı şəhər sakini Xatun Etibarqızı Daxili İşlər Nazirliyinə ünvanladığı məktubda müraciətlərinə operativ baxılaraq tədbir görüldüyünə, eyni zamanda polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizəyə görə DİN rəhbərliyinə və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.
31.08.2021 - Bakı şəhər sakini Elvina Karadeniz, Nərimanov rayonu ərazisində ictimai...
Bakı şəhər sakini Elvina Karadeniz, Nərimanov rayonu ərazisində ictimai asayişin və ictimai təhlükəsizliyin təmin olunmasına görə DİN rəhbərliyinə və xidməti vəzifələrini layiqincə yerinə yetirən Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
31.08.2021 - DİN-in sosial şəbəkə səhifəsinə yazan izləyici Bakıda keçirilən “avro 2020”...
DİN-in sosial şəbəkə səhifəsinə yazan izləyici Bakıda keçirilən “avro 2020” futbol çempionatı zamanı əşiyalarının oğurlanması ilə bağlı etdiyi müraciətə Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən operativ yanaşıldığına və qısa zaman ərzində əşiyaların tapılaraq geri qaytarılmasına görə öz minnətdarlığını bildirir.
31.08.2021 - Bakı şəhər sakini Akif Bağırov avtomobilinin texniki vəziyyəti ilə bağlı...
Bakı şəhər sakini Akif Bağırov avtomobilinin texniki vəziyyəti ilə bağlı etdiyi müraciətə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən həssaslıqla yanaşıldığına və məsələnin müsbət həll olunduğuna görə DİN rəhbərliyinə təşəkkür edir.
31.08.2021 - Sumqayıt şəhər sakini Səbinə Vüqarlı "Tik-tok" sosial şəbəkəsində Pünhan...
Sumqayıt şəhər sakini Səbinə Vüqarlı "Tik-tok" sosial şəbəkəsində Pünhan Rəhimli tərəfindən təhqir olunması və təzyiqlərə məruz qalması ilə bağlı etdiyi müraciətə polis əməkdaşlarının dərhal reaksiya verərək məsələnin araşdırıldığına görə DİO əməkdaşlarına təşəkkür edir.
31.08.2021 - Vətəndaş Roza Həsənova Bakı şəhəri Xəzər rayonunda yaşayan bir şəxs...
Vətəndaş Roza Həsənova Bakı şəhəri Xəzər rayonunda yaşayan bir şəxs tərəfindən 8700 manat borc pulun geri qaytarılmaması, şantaj və hədələrə məruz qalması barədə etdiyi müraciətə DİO əməkdaşları tərəfindən operativ reaksiya göstərilərək məsələnin müsbət həll olunduğuna və dəymiş ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
31.08.2021 - Göygöl rayon Xəqani kənd sakini Şəfəq Məmmədova təşəkkür məktubunda etdiyi...
Göygöl rayon Xəqani kənd sakini Şəfəq Məmmədova təşəkkür məktubunda etdiyi müraciətin operativ və obyektiv şəkildə araşdırılmasına görə DİN rəhbərliyinə və Göygöl rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
30.08.2021 - Bakı şəhər sakini Məharət Hüseynov müraciətinin müsbət yöndə həll olunmasına...
Bakı şəhər sakini Məharət Hüseynov müraciətinin müsbət yöndə həll olunmasına görə, DİN rəhbərliyinə minnnətdarlıq edir.