Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Amin Musayev qarşılaşdığı problemlə bağlı etdiyi müraciətinə diqqətlə yanaşıldığına, araşdırmanın gedişatı barədə ətraflı məlumat və izahların verilməsinə görə DİN rəhbərliyinə və  Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir. 

Vətəndaş İlqar Salmanov məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Anar Rüstəmov bir neçə şəxs tərəfindən dələduzluğa məruz qalması ilə bağlı etdiyi müraciətə obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və müvafiq polis orqanı əməkdaşlarına dərindən minnətdarlıq etdiyini bildirir.

Vətəndaş Günel Camal itirdiyi çantası ilə bağlı etdiyi müraciətə polis əməkdaşları tərəfindən peşəkarlıq nümaiş etdirilməklə qısa zamanda tapılaraq geri qaytarılmasına görə təşəkkür edir.

Vətəndaş Ələkbə Əsgərov ünvanladığı məktubunda pozulmuş hüquqlarının bərpası ilə bağlı müraciət etdiyini qeyd edir. O, müraciətinə operativ baxıldığına, qısa müddətdə araşdırılaraq müvafiq tədbirlərin keçiridiyinə və pozulmuş hüquqlarının bərpa edildiyinə görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Xalidə Baxşiyeva itirdiyi mobil telefonu ilə bağlı etdiyi müraciətə polis əməkdaşları tərəfindən peşəkarlıq nümaiş etdirilməklə qısa zamanda tapılaraq geri qaytarılmasına görə minnətdarlığını bildirir və DİO əməkdaşlarına peşəkar fəaliyyətlərində uğurlar arzu edir.

Vətəndaş Emin Nuriyev ünvanladığı məktubunda pozulmuş hüquqlarının bərpası ilə bağlı müraciət etdiyini qeyd edir. O, müraciətinə operativ baxıldığına, qısa müddətdə araşdırılaraq müvafiq tədbirlərin keçiridiyinə və pozulmuş hüquqlarının bərpa edildiyinə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş İradə Vəlizadə məktubunda belə operativliyə, gecəli-gündüzlü gərgin fəaliyyətə, hüquqpozma hallarına qarşı apardıqları qətiyyətli mübarizəyə görə polis əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Vətəndaş Paşa Məmmədov məktubunda bir şəxs tərəfindən pozulmuş hüquqlarının bərpası ilə bağlı müraciət etdiyini qeyd edir. O, müraciətinə operativ baxıldığına, qısa müddətdə araşdırılaraq müvafiq tədbirlərin keçiridiyinə və pozulmuş hüquqlarının bərpa edildiyinə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.