Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Lənkəran rayonunun Boladi kənd sakini Nemət Ağayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiyinə və vətəndaş müraciətlərinə həssaslıqla yanaşıldığına görə Lənkəran ŞRPŞ-nin rəhbərliyindən razılığını ifadə edir.

Cəlilabad rayonunun Ocaqlı kənd sakini Xəyal Xəlilov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə Cəlilabad RPŞ-nin rəhbərliyinə minnətdarlığını bildirir.

Lənkəran rayonunun Separadi kənd sakini Xudayar Məmmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda vətəndaşlara qarşı sərgilənən yüksək mədəni davranışa və xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiklərinə görə Lənkəran ŞRPŞ-nin təhqiqat bölməsinin əməkdaşlarından razılığını ifadə edir.

Lənkəran rayon sakini, şəhid anası Sürayyə Qurbanova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda həyətindən oğurluq edən şəxsin qısa zamanda saxlanılaraq məsuliyyətə cəlb edilməsinə və ona dəyən maddi ziyanın qaytarılmasına görə minnətdarlığını bildirir.

Lənkəran rayon sakini Vüsalə Əliyeva DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda cinayətkarlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizə tədbirlərinə görə Lənkəran ŞRPŞ-nin rəhbərliyinə minnətdarlığını bildirir.

Astara şəhər sakini Qurban Bağırov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi çətinliklə bağlı ona kömək göstərilməsinə və vətəndaşların qayğılarına həssaslıqla yanaşılmasına görə Astara RPŞ-nin rəhbərliyinə minnətdarlığını bildirir.

Lənkəran rayon sakini Atif Bəşirov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ona məxsus yanacaqdoldurma məntəqəsinə daxil olaraq quldurluq faktı törədən şəxsin tapılaraq məsuliyyətə cəlb edilməsinə görə Lənkəran ŞRPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Zərdab rayonunun Çallı kənd sakini Elsevər Muradzadə Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nəsimi RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

DİN-in “İnstagram” səhifəsinin izləyicisi Tehran Pənahov itirdiyi mobil telefonunun tapılaraq ona qaytarılmasına görə DİN rəhbərliyinə və Binəqədi RPİ 5-ci Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.