Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Bahar Məmmədova humanistliyə, diqqətə, qayğıya və göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Vətəndaş Bədrəddin Quliyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda Nazirliyə sosial şəbəkədən etdiyi müraciətinə operativ reaksiya verildiyini qeyd edir. O, Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsi tərəfindən dinlənildiyini və müraciətinə obyektiv baxıldığını qeyd edir.

B.Quliyev vətəndaş müraciətlərinə həssas yanaşılmasına, göstərilən diqqətə və operativliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin “Facebook” səhifəsinin izləyicisi Xəyal Həsənov respublika ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması ilə bağlı həyata keçirilən operativ tədbirlərə görə DİN rəhbərliyinə və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

“Facebook” istifadəçisi Xatun Əliyeva səhifəsində yazdığı postda Sumqayıt şəhərində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı aparılan mübarizə tədbirləri ilə bağlı DİN rəhbərliyinə və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

DİN-in “Instagram” səhifəsinin “nazrin_m7” adlı izləyicisinin yazdığı mesajı diqqətinizə çatdırırıq: “Mən təşəkkür etmək istəyirəm. Sumqayıt şəhərində poliklinikada aparılan vaksinasiya zamanı polislərin hər kəsə, eləcə də mənə necə kömək etdiyinin şahidi oldum və qürur duydum. İstər pandemiya zamanı, istər yağışda, istər soyuqda, hər zaman polislərin dəstəyini hiss etmişik.”

Goranboy rayon sakini Aybəniz Rzayeva vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya, eyni zamanda operativliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Zülfiyyə İmanova üzləşdiyi dələduzluq faktı ilə bağlı DİN-in “Instagram” səhifəsi vasitəsilə etdiyi müraciətə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Yasamal RPİ 28-ci PB-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini İmran Fəxrəndə üzləşdiyi problemlə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Xaçmaz rayon sakini Cəmilə Bayramova üzləşdiyi problem ilə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında DİN rəhbərliyinə və İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.