Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
25.05.2023 - Sabirabad rayon sakini Gültəkin Abuşova
Sabirabad rayon sakini Gültəkin Abuşova üzləşdiyi problem ilə bağlı etdiyi müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
25.05.2023 - Neftçala rayon sakini Malik Rəcəbov
Neftçala rayon sakini Malik Rəcəbov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiklərinə görə DİN və Neftçala RPŞ-nin rəhbərliyə minnətdarlığını bildirir.
25.05.2023 - Sabirabad rayon sakini Tural Mehdizadə
Sabirabad rayon sakini Tural Mehdizadə Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda etdiyi müraciətinin obyektiv araşdırıldığına və ona dəymiş maddi ziyanın ödənilməsində göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
25.05.2023 - İmişli rayon sakini Qoşqar Əhmədov
İmişli rayon sakini Qoşqar Əhmədov üzləşdiyi problem ilə bağlı etdiyi müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
25.05.2023 - Sabirabad rayon sakini Müşfiqə Məmmədova
Sabirabad rayon sakini Müşfiqə Məmmədova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problem ilə bağlı etdiyi müraciətə operativ reaksiya verildiyinə görə DİN rəhbərliyinə və Şirvan ŞPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
24.05.2023 - Yenixeber.org informasiya portalının rəhbəri İlqar Salmanov
Yenixeber.org informasiya portalının rəhbəri İlqar Salmanov məktubunda üzləşdiyi problemlə bağlı müraciəti ilə əlaqədar Yasamal Rayon Polis İdarəsində obyektiv araşdırma aparılaraq müvafiq tədbirlərin həyata keçirildiyini yazır. O, müraciətinə diqqətlə yanaşılmasına, operativliyə, obyektivliyə və görülmüş tədbirlərlə dəymiş zərərin ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
24.05.2023 - Göyçay rayon sakini Pərviz Musayev
Göyçay rayon sakini Pərviz Musayev məktubunda Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən Salyan rayonunda keçirilən vətəndaş qəbulunda iştirak etdiyini, müraciəti üzrə aidiyyəti üzrə göstəriş verildiyini bildirir. O, müvafiq araşdırma aparılaraq qısa müddətdə müraciətinin müsbət həll olunduğunu qeyd edir.
P.Musayev vətəndaş müraciətlərinə, o cümlədən onun müraciətinə həssas yanaşılmasına, həmçinin göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
23.05.2023 - Şəki rayon sakini Natiq İbrahimxəlilov
Şəki rayon sakini Natiq İbrahimxəlilov DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciəti ilə əlaqədar qısa müddət ərzində araşdırma aparılaraq üzləşdiyi problemin aradan qaldırıldığını qeyd edir və operativliyə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.
23.05.2023 - Naxçıvan şəhər sakini Ülviyyə Arifli
Naxçıvan şəhər sakini Ülviyyə Arifli polis əməkdaşlarına təşəkkür məktubu ünvanlayıb: “Bakı Zooloji Parkında içərisində 200 manat pulum və sənədlərim olan pulqabım oğurlanmışdı. Müraciətim əsasında Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları pulqabımı taparaq mənə təhvil verdilər. 18-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürümü və razılığımı bildirirəm. Var olsun, Azərbaycan polisi!”.