Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Mingəçevir şəhər sakini Arzu Səfərov itkin düşən qızının tez bir zamanda tapılaraq onlara təhvil verilməsinə görə DİN rəhbərliyinə və Şəhər Polis Şöbəsinin əməkdaşlarına öz minnətdarlığını bildirir.

Ağdam rayon sakini Elşad Əhmədov ölkəmizdə koronovirus pandemiyası ilə aparılan mübarizədə fəal və fasiləsiz işlərinə, həyata keçirilən təhlükəsizlik tədbirlərinə, eləcə də xidmətləri zamanı vətəndaşlara göstərilən qayğıya, köməkliyə görə DİN rəhbərliyinə və şəxsi heyətinə minnətdarlığını bildirir.

Quba rayon sakini Yaqub Orucov ona məxsus rayon ərazisində yerləşən mağazadan oğurluq edilməsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində cinayətkarların tutulmasına, eləcə də ona dəymiş ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə ölkə başçısına və DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Astara rayonunun bir qrup sakini DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda koronavirus pandemiyasının qaşısının alınması məqsədilə ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərinin təmin olunması məqsədilə görülən tədbirlərə, əhali arasında aparılan maarifləndirmə işlərinə görə Astara Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.

Astara rayonunun Şahağacı kənd sakini Aynura Abdullayeva DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə görülən məqsədyönlü tədbirlərə görə Astara Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Astara rayonunun Siyəkü kənd sakini Xəlil Zahirov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Astara RPŞ-yə etdiyi müraciətinin müsbət şəkildə həllini tapmasına görə razılığını ifadə edir.

Astara şəhər sakini Zabir Ağayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə Astara RPŞ-nin dövlət yol polisi bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Astara şəhər sakini Sabit Əzizov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə Astara Rayon Polis Şöbəsinin rəhbərliyinə və RPŞ-nin dövlət yol polisi bölməsinin rəisi, polis mayoru İlqar Rəhimzadəyə minnətdarlığını ifadə edir.

İmişli rayon sakini, polis veteranı olan Həbib Nəbiyev ölkəmizdə elan edilmiş xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirləri təqdir edir, rayon ərazisində yaşı 65-dən yuxarı olan və aztəminatlı ailələrə ərzaq yardımları edilməsinə görə İmişli RPŞ-nin şəxsi heyətinə minnətdarlığını bildirir.