Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Etibar Kərimov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda qarşılaşdığı problemlə bağlı etdiyi müraciətə Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən yüksək peşəkarlıq nümaiş etdirilərək müraciətini müsbət həll etdiklərini qeyd edir. Həmçinin o məktubunda gecə-gündüz yorulmadan xidmət edən, cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Rəna İbrahimova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, qeydiyyat məsələsi ilə bağlı səhifəyə yazdığı müraciətinə operativ baxılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Lənkəran şəhər sakini Nadir Əliyev üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığını, Nəsimi Rayon Polis İdarəsində obyektiv araşdırma aparılaraq qısa müddətdə müsbət həll olunduğunu və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir. O, müraciətinə operativ reaksiya verilməsinə və aparılan obyektiv araşdırmalara görə DİN rəhbərliyinə və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir. 

İnstagram izləyicisi Ceyhunə Quliyeva DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda etdiyi müraciətə operativ və tez bir zamanda baxılmasına, ona göstərilən köməkliyə görə təşəkkürünü bildirir.

Fidan Rəhimova adlı sosial şəbəkə izləyicisi DİN-ə ünvanladığı məktubunda yazır: “Oğlumla hər gün məktəbə gedib-gəlirik. Yolda xidməti vəzifələrini yerinə yetirən polislər görürük. Uşaqların “salam polis əmi” deməsinə gülər üzlə hərbi salam vermələri biz valideylərlə bərabər övladlarımızı da qürurlandırır. Uşaqların çoxu böyüyəndə polis olmaq üçün daha həvəslə oxuyurlar. Övladlarımıza gözəl nümunə olan Azərbaycan Polisinə dərin minnətdarlığımı bildirirəm”.

Vətəndaş Fuad Xudiyev ona göstərilən diqqət və qayğıya görə Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.

Yevlax rayon sakini Səbuhi Səfərov etdiyi müraciətin obyektiv araşdırılmasına görə Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Səfər Hüseynquliyev etdiyi müraciətin obyektiv araşdırılmasına və ona dəymiş ziyanın ödənilməsində göstərilən köməkliyə görə Xocalı Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Samir Əhədov üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.