Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Salyan rayon sakini Ağarza Səmədov teleqramında daxili işlər orqanlarında gənc əməkdaşlara göstərilən diqqət və qayğının, etimadın təqdirəlayiq olduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.   

Gəncə şəhər sakini İftixar Quliyev daxili işlər nazirinin bu il Şəmkir rayonunda keçirdiyi vətəndaş qəbulunda iştirak etdiyini qeyd edərək müraciətinə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Gəncə şəhər sakini Emin Qurbanov daxili işlər nazirinin bu il Şəmkir rayonunda keçirdiyi vətəndaş qəbulunda iştirak etdiyini qeyd edərək üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir. 

Sabirabad rayon sakini Ərzuman İsmayılov daxili işlər nazirinin bu il Sabirabad rayonunda keçirdiyi vətəndaş qəbulunda iştirak etdiyini qeyd edərək üzləşdiyi müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir. 

Şamaxı rayon sakini Nafis Abdullayev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda daxili işlər orqanlarında gənc əməkdaşlara, xüsusən də 44 günlük Vətən müharibəsi iştirakçılarına göstərilən diqqət və qayğının, etimadın təqdirəlayiq olduğunu qeyd edərək DİN rəhbərliyinə  minnətdarlığını bildirir.

Vətəndaş Pərviz Orucov daxili işlər nazirinin bu il Sabirabad rayonunda keçirdiyi vətəndaş qəbulunda iştirak etdiyini qeyd edərək müraciətinə həssas yanaşıldığına və göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir. 

Vətəndaş Ramal İsayev üzləşdiyi problemlə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş Mansur Hüseynov daxili işlər nazirinin bu il Sabirabad rayonunda keçirdiyi vətəndaş qəbulunda iştirak etdiyini qeyd edərək müraciətinə həssas yanaşıldığına və göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Ağdam rayon sakini Zəkara Abbasov daxili işlər nazirinin ötən il Bərdə rayonunda keçirdiyi vətəndaş qəbulunda iştirak etdiyini qeyd edərək daxili işlər orqanlarında gənc əməkdaşlara göstərilən diqqət və qayğıya, etimada görə DİN rəhbərliyinə  minnətdarlığını bildirir.