Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Mingəçevir şəhər sakini Tural Əliyev təşəkkür məktubunda müraciətinin obyektiv araşdırılmasına görə, Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

İsmayıllı rayon sakini Tamam Qarayeva xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə, İsmayıllı RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Şəki rayon sakini Tariyel Əfəndiyev xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görəŞəki ŞRPŞ-nin DYPB-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Rafael İbrahimli DİN-in “Instagram” səhifəsinə təşəkkür məktubu ünvanlayıb: “Velosipedimin oğurlanması ilə bağlı etdiyim müraciətə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən operativ baxıldığı üçün təşəkkür edirəm. Velosipedim tapılaraq mənə təhvil verildi. Əziz polislər, siz bizim təhlükəsizliyimizi qoruyursunuz. Biz sizinlə fəxr edirik. Sizə təşəkkürümü və minnətdarlığımı bildirirəm”.

Abşeron rayon sakini Ceyhun Qurbanov DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, DİN-in “Facebook” səhifəsi vasitəsilə ünvanladığı müraciətinə operativ baxıldığına, Abşeron Rayon Polis İdarəsinə dəvət olunaraq hüquq və vəzifələrinin izah olunmaqla obyektiv araşdırmalara başlanıldığına görə DİN rəhbərliyinə və Azərbaycan polisinə təşəkkürünü bildirir. 

Abşeron rayon sakini Sənan Qənbərli müraciətinə operativ baxıldığını, Abşeron Rayon Polis İdarəsi tərəfindən qısa müddətdə araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü və müraciətinin müsbət həll olunduğunu qeyd edir. S.Qənbərli müraciətinə həssas yanaşıldığına və həyata keçirilən operativ tədbirlərə görə DİN rəhbərliyinə və  Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Arzu Məmmədova DİN-in “Instagram” səhifəsinə təşəkkür məktubu ünvanlayıb: “Məni narahat edən məsələ ilə bağlı etdiyim müraciətə operativ reaksiya verildiyinə və qısa müddət ərzində tədbir görüldüyünə görə DİN rəhbərliyinə və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarına minnətdarlığımı bildirirəm. Yaşasın, Azərbaycan polisi!”.

Bakı şəhər sakini Xəyalə Abbasova DİN-in “Facebook” səhifəsinə təşəkkür məktubu ünvanlayıb: “Övladımın itkin düşməsi ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə müraciət etmişdim. Bölmə əməkdaşlarının çevikliyi nəticəsində övladım qısa müddət ərzində tapılaraq mənə təhvil verildi. 43-cü Polis Bölməsinin əməkdaşlarına minnətdaram”.

Salyan rayon sakini Ağarza Səmədov teleqramında daxili işlər orqanlarında gənc əməkdaşlara göstərilən diqqət və qayğının, etimadın təqdirəlayiq olduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.