Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

DİN-in “Telegram” səhifəsinin “Veteran” adlı izləyicisi müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə Gəncə ŞBPİ-nin rəhbərliyinə təşəkkürünü bildirir.

Goranboy rayon sakini Gülzar İmani DİN-ə ünvanladığı məktubunda müraciətinə tez bir zamanda baxılaraq müsbət həll olunmasında ona göstərilən köməyə görə DİN rəhbərliyinə və Rayon Polis Şöbəsinin əməkdaşlarına minətdarlığını bildirir.

Gəncə şəhər sakini Etibar Abbasov müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə Gəncə ŞBPİ-nin rəhbərliyinə təşəkkürünü bildirir.

Qazax rayonunun Məzən kənd sakini, şəhid ailə üzvü Fatmanisə Həsənova DİN-ə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi dələduzluq faktının tez bir zamanda açılmasına və ona dəymiş ziyanın ödənilməsinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Lənkəran rayon sakini Firad Həbibov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə Lənkəran ŞRPŞ-nin rəhbərliyindən razılığını ifadə edir.

Qazax rayonunun Aslanbəyli kənd sakini Aydın Nəsibov etdiyi müraciətə dərhal reaksiya verildiyinə və həssas yanaşılaraq müsbət həll olunduğuna görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Cəlilabad rayon sakini Vidadi Hüseynov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Cəlilabad RPŞ-nin rəhbərliyindən razılığını ifadə edir.

Lənkəran rayonunun Liman şəhər sakini Fərman Lələyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Vətən müharibəsinin iştirakçısı olan oğlunun şəffaf və obyektiv seçimlər nəticəsində daxili işlər orqanlarında xidmətə qəbul edilməsinə görə minnətdarlığını bildirir.

Lənkəran rayon sakini Cəsarət İbrahimov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda övladının əl çantasını oğurlayan şəxsin müəyyən olunmasına və ona dəyən maddi ziyanın tam olaraq ödənilməsinə görə Lənkəran ŞRPŞ-nin rəhbərliyinə və bütün əməkdaşlarına minnətdarlığını bildirir.