Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Şəhid ailəsi olan Solmaz Babayeva müraciətinə operativ baxılaraq onu narahat edən məsələnin tez bir zamanda aradan qaldırılmasında göstərdikləri köməkliyə görə Suraxanı RPİ-nin 14-ci Polis Bölməsinin  əməkdaşlarına təşəkkürünü bildirir. O şəhid ailələrinə göstərilən diqqət və qayğını təqdir edir.

Vətəndaş Aynurə Daştan müraciətinə operativ baxılaraq ona dəyən ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Asim Novruzov Naxçıvan MR Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ və ətraflı baxıldığına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Vətəndaş Üzeyir Qardaşxanlı dələduzluğa məruz qalması ilə bağlı şikayətinə operativ baxılaraq müsbət həllini tapmasında göstərdikləri köməkliyə görə Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Elnur Hüseynov müraciətinə operaiv baxılaraq onu narahat edən məsələnin tez bir zamanda həllini tapmasında göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.

Vətəndaş Fidan Musayeva vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasına görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.

Vətəndaş Pərviz Balayev müraciətinə tez bir zamanda baxılaraq müsbət həllini tapmasında göstərdikləri köməkliyə görə Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Gəncə şəhər sakini Rəşad Əsədov xidmətə bərpa olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Goranboy rayon sakini Alim İbrahimov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti fəaliyyətini layiqincə yerinə yetirdiyinə görə Goranboy RPŞ-nin rəisi, polis polkovniki Məmməd Hüseynova minnətdarlığını bildirir.