Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
25.12.2021 - DİN-in Telegram kanalının izləyicisi
DİN-in Telegram kanalının izləyicisi müraciətinə operativ şəkildə baxıldığına, öz işinin öhdəsindən layiqincə gələn, yaranan probleminin həlli istiqamətində göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Metropoliten Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
24.12.2021 - Salyan rayon sakini Şəbnəm Quliyeva
Salyan rayon sakini Şəbnəm Quliyeva DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin RPŞ-də obyektiv araşdırılmasına görə minnətdarlığını ifadə edir.
24.12.2021 - Şirvan şəhər sakini Məsud Əliyev
Şirvan şəhər sakini Məsud Əliyev xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiyinə görə Şirvan ŞPŞ-nin DYP bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.
24.12.2021 - Zərdab rayon sakini Aqil Cəbrayılov
Zərdab rayon sakini Aqil Cəbrayılov DİN-ə ünvanladığı təşəkkür məktubunda Zərdab RPŞ-nin rəhbərliyi və əməkdaşları tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan razılığını bildirir.
24.12.2021 - Vətəndaş Sevinc Cabbarova
Vətəndaş Sevinc Cabbarova qardaşı Elnur Cabbarlıya məxsus mobil telefonun oğurlanması ilə bağlı etdiyi müraciətə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən dərhal reaksiya göstərildiyinə və dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİO əməkdaşlarına minnətdarlığını bildirir.
24.12.2021 - Vətəndaş Rasim Verdiyev
Vətəndaş Rasim Verdiyev qonşuluqda kirayənişin yaşayan şəxslərlə bağlı qarşılaşdığı problem barədə etdiyi müraciətə ərazi üzrə polis orqanı əməkdaşları tərəfindən operativ yanaşılaraq problemin qısa müddət ərzində həll olunduğuna görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
24.12.2021 - Masallı rayon sakini Əlvan Şükürov
Masallı rayon sakini Əlvan Şükürov Xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiyinə görə DİN-in Şəxsi Heyətlə İş İdarəsinin Təşkilati-analitik bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir və gələcək peşəkar fəaliyyətlərində onlara uğurlar arzu edir.
24.12.2021 - Bakı şəhər sakini Zahirə Rzayeva
Bakı şəhər sakini Zahirə Rzayeva 113 saylı avtobusda içərisində 15.000 manat dəyərində qızıl-zinət əşyaları, pul və digər əşyalarının olduğu əl çantasının oğurlanması ilə bağlı etdiyi müraciətə polis əməkdaşları tərəfindən operativ yanaşıldığına görə DİO əməkdaşlarına təşəkkür edir.
24.12.2021 - Abşeron rayon sakini Gülşən Mirzəyeva
Abşeron rayon sakini Gülşən Mirzəyeva övladının qarşılaşdığı problemlə bağlı etdiyi müraciətə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həssas yanaşıldığına və problemin həlli istiqamətində göstərilən köməkliyə görə DİO əməkdaşlarına minnətdarlığını bildirir