Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Lənkəran rayon sakini Zəfər Ağalı DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin müsbət həllini tapmasına görə minnətdarığını bildirir.

Lənkəran rayon sakini Rasim Məmmədzadə DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Vətən müharibəsi iştirakçısı olan oğlunun şəffaf və obyektiv seçimlər nəticəsində Daxili işlər orqanlarında xidmətə qəbul edilməsinə görə minnətdarlığını bildirir.

Cəlilabad rayon sakini Rasif Əliyev  üzləşdiyi problemlə bağlı DİN-ə etdiyi müraciətinə operativ baxıldığını, araşdırma aparılaraq probleminin qısa müddətdə müsbət həll edildiyini qeyd edərək DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Vətəndaş Elvin Hüseynov qarşılaşdığı problemlə bağlı etdiyi müraciətə polis əməkdaşları tərəfindən həssaslıqla yanaşıldığına eyni zamanda məsələnin operativ şəkildə araşdırılaraq müsbət istiqamətdə həll edilməsində göstərdiyi köməkliyə görə DİO əməkdaşlarına öz minnətdarlığını bildirir.

Vətəndaş Taryel Quliyev DİN-in “İnstagram” səhifəsi vasitəsilə Azərbaycan Polisinə təşəkkürünü bildirib. O, şəxsiyyət vəsiqəsində yaranmış problemlə bağlı DİN-in “İnstagram” səhifəsi vasitəsilə etdiyi müraciətə dərhal reaksiya verildiyini, araşdırılaraq qısa müddətdə müsbət həll edildiyini qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş Təbriz  İbrahimxəlili  üzləşdiyi yol-nəqliyyat hadisəsi barədə etdiyi müraciətlə bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən düzgün araşdırmanın aparılması və məsələnin müsbət istiqamətdə həll olunduğuna görə DİN rəhbərliyinə təşəkkür edir.

Sabirabad rayonunun Cavad kənd sakini  Miramid Əkbərov yaşadığı ərazidə sakinlərin narahatçılığına səbəb olan problemlə bağlı DİN-in “İnstagram” səhifəsi vasitəsilə etdiyi müraciətinə dərhal reaksiya verildiyini və görülmüş tədbirlərlə qısa müddətdə bu problemin aradan qaldırıldığını qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Daşkəsən rayon sakini Akif Rzayev  ictimai asayişin təminində, cinayətkarlıqla mübarizədə polisin xidməti fəaliyyətini yüksək dəyərləndirir. O, təhlükəsizliyin təmininə və vətəndaş müraciətlərinə həssaslıqla yanılmasına görə Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Biləsuvar rayon sakini Musa Novruzov DİN-ə ünvanladığı məktubunda rayon ərazisində ictimai asayişin və ictimai təhlükəsizliyin təmin olunmasına, habelə xidməti vəzifələrini layiqincə yerinə yetirdiriklərinə görə Rayon Polis Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir.