Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Saatlı rayon sakini Elşən Əmirov üzləşdiyi problem ilə bağlı etdiyi müraciətinin müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, BİSTİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Seymur Hümbətov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, mobil telefonunun oğurlanması ilə bağlı müraciətinə çevik reaksiya verildiyini, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının operativliyi nəticəsində bu əməli törədən şəxsin müəyyən olunaraq saxlanıldığını və araşdırmalara başlanıldığını qeyd edərək DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Zaqatala rayon sakini 76 yaşlı Gülnaz Yusubova teleqramında xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə, vətəndaşlara, o cümlədən ona göstərilən diqqət və qayğıya, humanistliyə görə Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Məlahət Abdullazadə avtomobilində nasazlıq yaranan zamanı onlara göstərdikləri köməkliyə görə Qusar rayon Şahdağ Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, vətəndaşlara həssaslıqla yanaşılmasının polis-vətəndaş münasibətlərinin daha da yaxşılaşmasına zəmin yaratdığını bildirir.

Bakı şəhər sakini Taleh Məmmədov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda gecə-gündüz yorulmadan xidmət edən, cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.  

Bir qrup Bərdə rayon sakini DİN-ə ünvanladıqları təşəkkür məktublarında xidməti vəzifələrini layiqincə yerinə yetirən Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.

Bakı şəhər sakini Seymur Cəfərli Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə ünvanladığı mesajında üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsində obyektiv araşdırma aparılaq məsələyə hüquqi qiymət verildiyi və müvafiq tədbirlərin görüldüyünü bildirir. O, göstərilən diqqət və qayğıya, eyni zamanda müraciətinin müsbət həllinə görə DİN rəhbərliyinə və Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

İsmayıllı rayon sakini Ramiq Pirvəlizadə müraciətinə həssas yanaşıldığına və göstərilən köməkliyə görə DİN rəhbərliyinə və İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir. 

Vətəndaş Rasim Mansurov ona məxsus pul qabını itirməsi ilə bağlı müraciətinə operativ baxılaraq tez bir zamanda tapılıb ona təhvil verilməsində göstərdikləri köməkliyə görə Nərimanov RPİ 16-cı Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, Azərbaycan Polisinin gərgin xidməti fəaliyyətini təqdir edir.