Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sosial şəbəkə istifadəçisi Natiq Məlikov onu narahat edən məsələnin qısa zamanda müsbət həll olunmasında əməyi olan Pirallahı RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Pakizə İlyasova pozulmuş hüquqlarının bərpa olunmasında göstərilən köməkliyə görə Sabunçu RPİ 12-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.

Sosial şəbəkə istifadəçisi İltifat Hüseynov müraciətinə operativ baxılmasına görə Azərbaycan Polisinə təşəkkürünü yazır.

Bakı şəhər sakini Aynurə Şəfiyeva tanımadığı şəxs tərəfindən təhqirə məruz qalması barədə polisə müraciət etdiyini, həmin şəxsin qısa müddət ərzində müəyyənləşdirilərək qanun çərçivəsində məsuliyyətə cəlb olunduğunu yazır. Hüquqlarının müdafiəsində, eləcə də qorunmasında göstərdikləri köməkliyə görə Bakı Metropolitenində Polis İdarəsinin əməkdaşlarına razılığını ifadə edir.

Bakı şəhər sakini Sənan Zeynalov müraciətinə dərhal reaksiya verildiyinə, nəzakətlə dinlənildiyinə görə “Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Paşa Abdullayev üzləşdiyi dələduzluqla bağlı etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında, eləcə də dəymiş maddi ziyanın ödətdirilməsində ona göstərdikləri köməkliyə görə Xətai RPİ-nin əməkdaşlarına təşəkkürünü ifadə edir.

Sosial şəbəkə istifadəçiləri Şəhriyar Qasımov və Elşən Alışov üzləşdikləri yol-nəqliyyat hadisəsi ilə bağlı obyektiv və operativ araşdırmanın aparılmasına görə Nərimanov RPİ-nin əməkdaşlarına razılıqlarını ifadə edirlər.

Bakı şəhər sakinləri Cavid Məmmədov və Gündüz Hüseynov ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, vətəndaşların qanuni mənafelərinin, eləcə də hüquq və azadlıqlarının etibarlı qorunmasında xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə Azərbaycan Polisinə minnətdarlıqlarını yazırlar.

Sosial şəbəkə istifadəçisi Gülşən Məmmədova ictimai asayişin və ictimai təhlükəsizliyin etibarlı təmin olunması üçün gecə-gündüz yorulmadan ayıq-sayıq xidmət aparan Pirallahı RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.