Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sumqayıt şəhər sakini İsmayıl Ağacanov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda Vətən uğrunda gedən döyüşlər zamanı yaralanmış qardaşı Qəhrəman Ağacanova yardım üçün öz adına açdırdığı bank hesabından vəsaitin oğurlanması ilə bağlı müraciət etdiyini bildirir. O, müraciətinə dərhal reaksiya verilərək müvafiq araşdırma aparıldığını və görülmüş təxirəsalınmaz tədbirlərlə oğurlanmış həmin məbləğin onlara geri qaytarıldığını qeyd edir. İ.Ağacanov vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasına, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya, eyni zamanda operativliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Sumqayıt şəhər sakini Yusif Nəzərov etdiyi müracitə operativ baxılaraq müsbət həll olunduğuna görə DİN rəhbərliyinə və Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir, Azərbaycan Polisinin xidmətini yüksək dəyərləndirir.

Bakı şəhər sakini Sabir Quliyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda mədəni irsin qorunması ilə bağlı işğaldan azad edilmiş Zəngilan rayonuna ezam olunduğunu bildirir. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin baş məsləhətçisi olan S.Quliyev rayon ərazisində monitorinq apardığı zaman yüksək səviyyədə həyata keçirilən təhlükəsizlik tədbirlərinin şahidi olduğunu qeyd edir.

O, rayon ərazisində təhlükəsizliyin təmin olunmasına, ciddi mühafizə tədbirlərinin həyata keçirilməsinə görə DİN rəhbərliyinə və xidməti vəzifələrini layiqincə yerinə yetirən Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Xaçmaz rayon sakini Cümşüd Qeybullayev üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Xaçmaz RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Hüseyn Dadaşov müraciətinə operativ baxıldığına, araşdırma aparılaraq müvafiq tədbirlər görüldüyünə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş Aqil Alışov bir əsgərin sənədləşmə işi ilə bağlı üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq operativ şəkildə həll olunmasında göstərdikləri köməkliyə görə DİN-in şəxsi heyətinə təşəkkürünü ifadə edir.

Şirvan şəhər sakini Mirsahib Rahiloğlu “Facebook” sosial şəbəkəsində admini olduğu “Doğru TV” səhifəsində “Şirvanda polisimizdən nümunəvi hərəkət...” başlıqlı status paylaşıb. Statusdan: Bu gün bir məqam diqqətimizi çəkdi. Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşı, polis kiçik serjantı Rövşən Məmmədov Daxili Qoşunların əsgərləri ilə birlikdə “Köhnə şəhər” adlanan ərazidə xidməti vəzifəsini yerinə yetirərkən vətəndaşa məxsus şəxsiyyət vəsiqəsi tapıb. Polis əməkdaşı həmin vətəndaşın evinə yollanaraq şəxsiyyət vəsiqəsini ona təhvil verib. Vətəndaş bu cür nümunəvi, məsuliyyətli və qayğıkeş polis əməkdaşlarına görə DİN-in və Şirvan ŞPŞ-nin rəhbərliyinə təşəkkürünü bildirib. Biz də öz növbəmizdə cənab daxili işlər nazirinə təşəkkür edirik ki, belə məsuliyyətli əməkdaşları polis sıralarına təyin edib”.

Baki şəhər sakini Nailə Həsənova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda etdiyi müraciətə operativ baxıldığına və qısa müddətdə araşdırılaraq müsbət həll olunduğuna görə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Abdulla Abdullayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə baxılmasına və ona göstərilən köməkliyə görə minnətdarlıq edir.