Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

seadet_m_ova adlı instaqram istifadəçisi Səadət Məmmədova DİN-in instagram səhifəsi vasitəsilə “Honor” markalı mobil telefonunu itirməsi ilə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində tapılmasında, eləcə də işlək vəziyyətdə ona qaytarılmasında göstərdikləri köməkliyə görə Binəqədi RPİ 5-ci Polis Bölməsinin rəhbərliyinə və şəxsi heyətinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Ülkər Alışova üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə BMCMİ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Qarabağ əlili olan sabiq polis əməkdaşı, Abşeron rayon sakini Bəylər Teymurov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda səhhətinin pisləşməsi ilə bağlı DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan 2 saylı Poliklinikasına müraciət etdiyini bildirir. O, sağalması üçün həkimlərin göstərdiyi səylərə, eyni zamanda göstərilən yüksək diqqət və qayğıya görə 2 saylı Poliklinikanın həkimlərinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Fuad Allahverdiyev içərisində pul və sənədləri olan əl çantasını itirməsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində tapılmasında göstərdikləri köməkliyə görə Xətai RPİ 37-ci Polis Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Samir Paşayev üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Sabunçu RPİ 12-ci Polis Şöbəsinin rəhbərliyinə və şəxsi heyətinə təşəkkürünü ifadə edir.

Astara şəhər sakini Anar Sadıqov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda COVID-19 pandemiyasının qarşısının alınması istiqamətində görülən tədbirlər çərçivəsində sərgilədikləri gərgin əməyə və xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiklərinə görə Astara Rayon Polis Şöbəsinin əməkdaşlarından razılığını ifadə edir.

Biləsuvar rayon sakini Şamil Qurbani DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə verilən operativ reaksiyaya və ona qarşı sərgilənən yüksək mədəni davranışa görə Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Cəlilabad rayon sakini Xəqani Əliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiyinə görə Cəlilabad Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını bildirir.

“Realliq.info” və “Realliq.tv” informasiya saytının təsisçisi və baş redaktoru İkram Kərimov məktubunda müraciətinə operativ baxılaraq müsbət həll edildiyinə və göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.