Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Xaçmaz rayon sakini Heydər Seyidəhmədov etdiyi müraciətinə həssaslıqla yanaşılıb şikayətinin təmin edilməsinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Quba rayon sakini Əminə Vəliyeva etdiyi müraciətinə həssaslıqla yanaşılmasına və tezliklə həll edilməsinə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin  əməkdaşlarına minnətdarlığını bildirir.

Gəncə şəhər sakini Abbas Əskərov Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi problem ilə bağlı etdiyi müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Neftçala rayon sakini Vaqif Cəlilov Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda yaşadıqları Bankə qəsəbəsi ərazisində soyğunçuluq edən şəxsin qısa ərzində saxlanılaraq məsuliyyətə olunmasına, eləcə də xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiklərinə görə Neftçala RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Saatlı rayon sakini Möhlət Atakişiyev Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətinin obyektiv araşdırılaraq müsbət həll olunmasına görə Saatlı RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Lamiyyə İsmayılova dələduzluğa məruz qalması ilə bağlı şikayətinə operativ baxılaraq ona dəyən ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.

Vətəndaş Mehman Musayev kart hesabından pul çəkilməsi ilə bağlı müraciətinə operativ baxılaraq hüquqlarının qorunmasında göstərdikləri köməkliyə görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş İmran İmrani baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ona göstərdikləri köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin  əməkdaşlarına təşəkkürünü bildirir. O, İdarə rəhbərliyi tərəfindən səmimi qəbulu və göstərilən qayğını təqdir edir.

Vətəndaş Aynurə İsayeva müraciətinə operativ baxılaraq hüquqlarının qorunmasında göstərdikləri köməkliyə görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.