Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Ağcabədi şəhər sakini Camal Abbasov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Azərbaycan Polisinə və Ağcabədi Rayon Polis Şöbəsinin şəxsi heyətinə xidməti və vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, asayişin təmin olunmasında, cinayətkarlıqla mübarizədə fəal iştirakına görə minnətdarlığını ifadə edir.

Instagram sosial şəbəkəsindəki Patrul.az səhifəsində Ağcabədi rayon sakini Səfər Əliyevin Azərbaycan Polisinə ünvanladığı təşəkkür məktubu paylaşılıb: Patrul.az: - May ayının 29-da Ağcabədi rayon sakini Səfər Əliyev tanışı Rövşən adlı şəxslə birlikdə Haramı düzünə ot yığmağa gedib. İşləyərkən onu sağ əlindən ilan sancıb. Rövşən öz motosikleti ilə Səfəri həkimə çatdırmaq istəsə də, axşam saatları olduğu üçün yolu azaraq, səmti itiriblər. Uzaqdan yanan işığı görüb ora tərəf istiqamət götürüblər. Polis postuna çatanda Füzuli rayonu ərazisindəki Alxanlı kəndində olduqlarını bilblər. Polis əməkdaşlarına vəziyyəti izah elədikdə, onlar dərhal zərərçəkmişi xidməti avtomaşınla xəstəxanaya aparıblar. S.Əliyev deyir: “Yolda gedərkən artıq zəhərin təsirindən yaranan ağrılar güclənmişdi. Polis əməkdaşları tez məni xəstəxanaya çatdırmağa çalışdılar. Tələsik getdiyimizdən yolda qəza baş verdi və polis əməkdaşları xəsarət aldılar. Buna baxmayaraq onlar yaxından keçən avtomaşını saxladaraq məni xəstəxanaya yola saldılar. Sonradan öyrəndim ki, onlar Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları, Gəncalı Qəmbərov və Elmir Pənahlıdır. Mən bu gün polislərimizin fədakarlığı səbəbindən həyatda qaldım. Onlara bir ömür boyu minnətdaram. Polislər mənim həyatımı xilas edərkən öz həyatlarını təhlükəyə atdılar. Mən bu cür polislərlə fəxr edirəm. Xəsarət alan polis qardaşlarıma tez sağalmalarını arzulamaqla onlara özüm və ailəm adından minnətdarlığımı bildirirəm. Polisin bu fədakar fəaliyyətinə görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkür edirəm”.

Bakı şəhər sakini S.Səfərova məktubunda üzləşdiyi problemlə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığına, dərhal müvafiq tədbirlər görülərək pozulmuş hüquqlarının bərpa olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Mətanət Cəfərova qarşılaşdığı problemlə bağlı etdiyi müraciətə polis əməkdaşları tərəfindən həssaslıqla yanaşıldığına və məsələnin qısa zaman ərzində müsbət həll olunduğuna görə DİN rəhbərliyinə və Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Belarusiya Respublikası vətəndaşı İlya Kabernik Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda etdiyi müraciətə polis əməkdaşları tərəfindən dərhal reaksiya verildiyinə görə təşəkkür edir, xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə həyata keçirdiyinə, operativliyinə və professionallığına görə DİN əməkdaşlarına minnətdarlıq bildirir.

Ağdam rayon sakini Zəkurə Quliyeva etdiyi müraciətə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən operativ yanaşıldığına və məsələnin qısa zaman ərzində müsbət şəkildə həll olunduğuna görə DİN rəhbərliyinə təşəkkür edir.

Qusar rayon sakini Əfsanə Nurmətova məruz qaldığı oğurluqla bağlı etdiyi müraciətə polis əməkdaşları tərəfindən operativ yanaşılaraq qısa müddət ərzində hadisəni törətmiş şəxsin saxlanılması istiqamətində zəruri tədbirlərin görülməsinə və dəymiş ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə minnətdarlıq edir.

Bakı şəhər sakini Natiq Sadiqov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda Nəsimi rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi hallarının qarşısının alınması ilə bağlı müraciətinə operativ reaksiya verildiyini, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlərin həyata keçirildiyini qeyd edir. O, müraciətinə obyektiv baxıldığına, həmçinin bununla bağlı həyata keçirilən tədbirlərə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Sevinc Qənbərova pulunun digər bir şəxs tərəfindən mənimsənildiyi barədə etdiyi müraciətə polis əməkdaşları tərəfindən həssaslıqla yanaşıldığına və məsələnin qısa zaman ərzində araşdırılaraq müsbət həll olunduğuna həmçinin ona dəymiş ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.