Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhəri Xəzər rayonunda yaşayan Lerik rayonunun Veri və Çayrud kənd sakinləri olan bir qrup şəhid ailələri və ağsaqqalları DİN rəhbərliyinə ünvanladıqları məktublarında cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi və ictimai təhlükəsizliyi ayıq-sayıq qoruyan, öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirən, şəhid, tənha, aztəminatlı və çoxuşaqlı ailələrə yardım edən, qayğıkeşlik göstərən Xəzər RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Bakı şəhər sakini Cahangir Ağayev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda əcnəbi vətəndaş olan müvəkkillərinin övladlarının qeydiyyat və şəxsiyyət vəsiqəsi ilə bağlı müraciətlərinə qısa müddətdə baxılaraq müsbət həll olunmasına görə DİN rəhbərliyinə, həmçinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

DİN-in “İnstagram” səhifəsinin izləyicisi, Bakı şəhər sakini Sevinc Hacıyeva (Syevinj) səhifə vasitəsi ilə etdiyi müraciətə Sabunçu RPİ-nin 15-ci Polis Bölməsində obyektiv baxılaraq müsbət həll edildiyinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Qorxmaz İslamov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda gecə-gündüz yorulmadan xidmət aparan, ictimai asayişi və ictimai təhlükəsizliyi ayıq-sayıq qoruyan, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

DİN-in “İnstagram” səhifəsinin izləyicisi, Lənkəran rayonunun Digah kənd sakini Bənövşə Əliyeva (iki_balam_iki_gozum_t_b_t_1980) oğurluq faktı ilə bağlı səhifə vasitəsi ilə etdiyi müraciətə obyektiv baxılaraq müsbət həll edildiyinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Daşkəsən rayon sakini Akif Rzayev DİN rəhbərliyinə ünvanladığı məktubda etdiyi müraciətə çevik reaksiya verilməsinə və müraciətinin tez bir zamanda həll olunmasına, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının xidməti və vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, asayişin təmin olunmasında, cinayətkarlıqla mübarizədə fəal iştirakına görə minnətdarlığını ifadə edir.

Bakı şəhər sakini Saleh Məmmədov “Polis” qəzetinin redaksiyasına ünvanladığı məktubunda qeyd edir ki, İmişli rayonuna gedərkən avtomobilinin təkəri boşaldığından ailəsilə birgə yolda qalıblar. Həmin vaxt DYPX-nin əməkdaşı onlardan yolda durmalarının səbəbini soruşub və nasazlığın aradan qaldırılmasında onlara kömək edib. Vətəndaş Saleh Məmmədov onlara göstərilən köməkliyə və səmimi münasibətə görə DİN rəhbərliyinə və Baş Dövlət Yol Polisi İdarəsinin şəxsi heyətinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Tahirə Şirinova müraciətinə obyektiv baxılaraq müsbət həll edildiyinə görə DİN rəhbərliyinə və Sabunçu RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Sumqayıt şəhər sakini Ramil Xələfov DİN-ə ünvanladığı məktubunda vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya, eyni zamanda sosial-neqativ halların aradan qaldırılmasına, polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizəyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.