Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

DİN-in “Facebook” səhifəsinin izləyicisi Sara Ağayeva səhifə vasitəsilə etdiyi müraciətə dərhal reaksiya verildiyinə və həssas yanaşılaraq müsbət həll olunduğuna görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Nəsir Quluyev məktubunda ailə üzvlərinin şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdiyini bildirir. O, müraciətinə operativ baxıldığını, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən görülmüş tədbirlərlə qısa müddətdə müsbət həll olunduğunu qeyd edir. N.Quluyev müraciətinə həssas yanaşıldığına və göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Astara rayon sakini Aybəniz Nəsirova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda koronavirus pandemiyası dövründə sərgilədikləri fədakar əməyə görə Rayon Polis Şöbəsinin əməkdaşlarından razılığını bildirir.

Cəlilabad rayonunun Güneyli kənd sakini Yaşar Abdullayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə verilən çevik reaksiyaya və məsələnin müsbət həllini tapmasına görə Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarından razılığını ifadə edir.

Astara rayonunun Ərçivan qəsəbəsinin sakini Səməd Baxşıyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda cinayətkarlıqla mübarizədə atılan qətiyyətli addımlara və oğlunun keçirilən şəffaf seçimlər nəticəsində Daxili işlər orqanlarına xidmətə qəbul olunmasına görə minnətdarlığını ifadə edir.

Cəlilabad rayonunun Babalı kənd sakini Röya Novruzova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Rayon Polis Şöbəsinə etdiyi müraciətin obyektiv araşdırılmasına və ona dəymiş maddi ziyanın ödənilməsinə görə minnətdarlığını bildirir.

Cəlilabad rayon sakini Fikrət Seyfullayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda rayonda yaşayan şəhid ailələri və qazilərə göstərilən diqqətə və qayğıya, sərgilənən dəstəyə görə öz minnətdarlığını ifadə edir.

Astara rayonunun Kijəbə qəsəbəsinin sakini Sədail Babayev DİN rəhərliyinə ünvanladığı təşəkkür məktubunda şəhid ailələrinə göstərilən dəstəyə və diqqətə görə minnətdarlığını bildirir.

Biləsuvar rayonunun Zəhmətabad kənd sakini Rasim Abdullayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda koronavirus pandemiyasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdə polis əməkdaşlarının fəaliyyətini yüksək qiymətləndirir və öz razılığını ifadə edir.