Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Quba rayonunun Rustov kənd sakini, əməkdar müəllim Şahlar Əmirov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi və ictimai təhlükəsizliyi ayıq-sayıq qoruyan, öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirən, şəhid, tənha, aztəminatlı və çoxuşaqlı ailələrə yardım edən, qayğıkeşlik göstərən DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Sumqayıt şəhər sakini Məmmədağa Şiriyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda daxili işlər orqanlarında gənc əməkdaşlara göstərilən diqqət və qayğının, etimadın təqdirəlayiq olduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Şirvan şəhər sakini Afət Gözəlova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda narkotiklərin qanunsuz dövriyyəsi hallarının qarşısının alınması ilə bağlı müraciətinə operativ reaksiya verildiyini, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlərin həyata keçirildiyini qeyd edir. O, müraciətinə obyektiv baxıldığına, həmçinin bununla bağlı həyata keçirilən tədbirlərə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Tamara Nəsirova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda narkotiklərlə mübarizdə və onun qanunsuz dövriyyəsinin qarşısının alınmasında Azərbaycan Polisinin göstərdiyi peşəkar və operativ xidmətləri yüksək dəyərləndirir və uğurlar diləyir.

Sabirabad rayon sakini Səkinə İmanova müraciətinə həssas yanaşıldığına və göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Rüstəm Vəlizadə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasına, eyni zamanda operativliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Təbriz Səmədbəyli üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov RPİ 17-ci Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Fikrət Bağırov xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiyinə görə Əlahiddə Çevik Polis Alayının əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Fərid Bədəlzadə Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizəyə görə DİN rəhbərliyinə və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.