Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
12.09.2022 - Vətəndaş Rasif Hətəmxanov
Vətəndaş Rasif Hətəmxanov Qaradağ rayonu Lökbatan dairəsində yaşanan nəqliyyat sıxlığı ilə bağlı polis əməkdaşlarına etdiyi müraciətdən sonra Qaradağ RPİ-nin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən lazımi tədbirlərin həyata keçirildiyi üçün DİN rəhbərliyinə təşəkkürünü bildirir.
12.09.2022 - Vətəndaş Nicat Əliyev
Vətəndaş Nicat Əliyev DİO-ya etdiyi müraciətə operativ yanaşılaraq müsbət istiqamətdə həll olunduğu üçün polis əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
12.09.2022 - Vətəndaş Gülgəz Məhərrəmova
Vətəndaş Gülgəz Məhərrəmova üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
12.09.2022 - Vətəndaş tərəfindən DİN-in “instagram” səhifəsinə gələn mesaj
Vətəndaş tərəfindən DİN-in “instagram” səhifəsinə gələn mesajda paytaxtın Yasamal rayonu ərazisində polis əməkdaşları tərəfindən sosial neqativ halların, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində aparılan qətiyyətli mübarizə tədbirlərinə görə DİN rəhbərliyinə və Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
12.09.2022 - Vətəndaş Kəmalə Ağazadə
Vətəndaş Kəmalə Ağazadə öz məktubunda belə operativliyə, gecəli-gündüzlü gərgin fəaliyyətə, cinayətkarlığa qarşı apardıqları qətiyyətli mübarizəyə görə öz adından polis əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
12.09.2022 - Vətəndaş Ruslan Əzizov
Vətəndaş Ruslan Əzizov DİN-in “Instagram” səhifəsinə mesaj yazaraq üzləşdiyi problemlə bağlı etdiyi müraciətə operativ baxıldığına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
12.09.2022 - Göyçay rayon sakini Ceyhun Eldarlı
Göyçay rayon sakini Ceyhun Eldarlı DİN-in “Instagram” səhifəsinə mesaj yazaraq tapdığı içərisində pul və sənədlər olan cüzdanın sahibinə qaytarılması üçün göstərilən köməkliyə görə polis əməkdaşlarına təşəkkürünü bildirir.
12.09.2022 - Gəncə şəhər sakini Tural Məmmədov
Gəncə şəhər sakini Tural Məmmədov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda respublikamızda ictimai asayişi etibarlı qoruyan, cinayətkarlıqla qətiyyətli mübarizə aparan, öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirən bütün polis əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.
12.09.2022 - Bakı şəhər sakini Nərminə Mirzəyeva
Bakı şəhər sakini Nərminə Mirzəyeva Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda paytaxtın Nərimanov rayonu ərazisində polis əməkdaşları tərəfindən sosial neqativ halların qarşısının alınması istiqamətində aparılan qətiyyətli mübarizə tədbirlərinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.