Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Xaçmaz rayonunun Çarxı kəndi ərazisində “VAZ-21063” markalı avtomobillə piyada vurulub
04.02.2023
Fevralın 4-də saat 20 radələrində Xaçmaz rayonunun Çarxı kəndi ərazisində rayon sakini N.Vahabzadə idarə etdiyi “VAZ-21063” markalı avtomobillə yolu keçən R.Cəfərovu vurub və nəticədə piyada hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Xırdalan və Masazırda narkotik vasitələrin satışı ilə məşğul olan 2 nəfər saxlanılıb
Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xırdalan şəhəri və Masazır qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, eləcə də yaşadığı evdə qanunsuz olaraq odlu silah saxlayan şəxslər tutulublar. Əməliyyat zamanı əvvəllər məhkum olunmuş Eldar Raxmatulinin üzərindən və yaşadığı evdən 4 kiloqram 65 qram marixuana, 1 kiloqram 25 qram heroin və 403 qram psixotrop maddə metamfetamin aşkar edilib. İdarə əməkdaşları tərəfindən Masazır qəsəbəsində keçirilən əməliyyat zamanı saxlanılan əvvəllər məhkum olunmuş Sənan Əzimovdan isə 490 qram marixuana və 1 ədəd “TOZ-8” modelli müvafiq sənədləri olmayan odlu yivli silah aşkar edilib. Saxlanılan şəxslər ifadələrində Xırdalan şəhəri və Masazır qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.Faktlarla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət İşləri başlanılıb. Hər iki şəxs barəsində araşdırmalar davam etdirilir.
Sabunçu rayonunda bu ilin yanvar ayında keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 49 nəfər saxlanılıb
Sabunçu Rayon Polis İdarəsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən yanvar ayı ərzində Pirşağı, Kürdəxanı, Bakıxanov, Balaxanı, Maştağa, Zabrat, Ramana qəsəbələri və digər ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı əməliyyatlar davam etdirilib. Əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 49 nəfər saxlanılıb. Saxlanılanların bir neçəsi əvvəllər də eyni cinayətlər etdikləri üçün, yəni narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum olunmuş şəxslərdir. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən 5 kiloqrama yaxın heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib. Onların hər biri barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işləri başlanılıb. Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 61 cinayətin açılması təmin olunub
03.02.2023
Fevralın 3-də ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Ümumi çəkisi 24,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının fevralın 3-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 24,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,8 kiloqrama yaxın heroin, 15 kiloqrama yaxın marixuana, həmçinin 4,6 kiloqramdan çox metamfetamin olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan silah-sursatla bağlı tədbirlər davam etdirilir
Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində fevralın 3-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 6 ədəd ov tüfəngi götürülüb. Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Nəsimi rayonu ərazisindən “Toyota” markalı avtomobili qaçırmaqda şübhəli bilinən A.Hüseynov Qaradağ rayonu ərazisində avtomobillə saxlanılıb
Fevralın 3-də saat 22 radələrində Nəsimi rayonu ərazisindən “Toyota” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Hüseynov Qaradağ rayonu ərazisində həmin avtomobillə saxlanılıb.Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
Bakı şəhər sakini olan bir qadının çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən A.Məmmədov saxlanılıb
Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində yanvarın 5-də Bakı şəhər sakini olan bir qadının içərisində pulu, bank kartları və açarları olan çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Yasamal rayonu ərazisində bir qadının çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Zərdab rayon sakini Ə.Mahmudov saxlanılıb
Yasamal rayonu ərazisində Bakı şəhər sakini olan bir qadının içərisində 700 manatı olan çantasının soyğunçuluq yolu ilə talanması barədə 29-cu Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən Zərdab rayon sakini Ə.Mahmudov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Xətai rayonu ərazisində yerləşən yarımstansiyaların birindən 73800 manat dəyərində elektrik avadanlığını oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini D.Kərimli saxlanılıb
Xətai rayonu ərazisində yerləşən yarımstansiyaların birindən 73800 manat dəyərində elektrik avadanlığının oğurlanması barədə polisə məlumat daxil olub. Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş D.Kərimli müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.