Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Yol-nəqliyyat hadisəsi törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Babayev saxlanılıb
30.12.2022
Dekabrın 29-da saat 14 radələrində Nərimanov rayonunun İ.Abışov küçəsində yolu keçən Bakı şəhər sakini Ə.Hüseynov müəyyən edilməyən avtomobillə vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin “Ford” markalı avtomobillə törədilməsi müəyyən olunub və həmin avtomobilin sürücüsü, Bakı şəhər sakini E.Babayev saxlanılıb. Araşdırma aparılır.
Saatlı rayonunun Şirinbəy kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Dekabrın 30-da saat 18 radələrində Saatlı rayonunun Şirinbəy kəndi ərazisində rayon sakini E.Osmanov sərxoş vəziyyətdə, sürücülük hüququ olmadan idarə etdiyi “Hyundai” markalı avtomobillə yolun kənarında velosiped sürən İ.Şükürovu və C.Fətəliyevi vurub. Nəticədə C.Fətəliyev hadisə yerində ölüb, İ.Şükürov isə xəstəxanaya yerləşdirilib. Saatlı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Abşeron rayonunun Qobustan kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Dekabrın 30-da saat 18 radələrində Abşeron rayonunun Qobustan kəndi ərazisində Xırdalan şəhər sakini S.Əzimov idarə etdiyi “Mercedes” markalı avtomobili dəmir məhəccərə vurub. Nəticədə xəsarət alan sürücü xəstəxanaya aparılarkən ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
Dekabrın 30-da saat 22 radələrində Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində Şamaxı rayon sakini Q.Rəcəbovun idarə etdiyi “VAZ-2106” və Bakı şəhər sakini R.Səfərovun idarə etdiyi “Kia” markalı avtomobillər toqquşub. Nəticədə Q.Rəcəbov hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
“TikTok”da bahalı mobil telefonları dəyərindən ucuz qiymətə satdığı barədə elanlar yerləşdirərək ona müraciət edənləri aldadan şəxs saxlanılıb
Paytaxt ərazisində polis əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat-texniki tədbirlər nəticəsində sosial şəbəkələrdə dələduzluq edərək insanları aldadan, həmçinin bank kartlarından oğurluqlar edən şəxslər saxlanılıblar.
Gün ərzində ölkə ərazisində qeydə alınan 31 cinayətin açılması təmin olunub
29.12.2022
Dekabrın 29-da ölkə ərazisində qeydə alınan 31, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
Dekabrın 28-də saat 12 radələrində Xırdalan şəhəri ərazisində Bakı şəhər sakini Qırxlar Bədəlov idarə etdiyi “BMW” markalı avtomobillə qayda pozduğuna görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitənin təsiri altında olması müəyyən olunub və barəsində İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən protokol tərtib edilməklə 400 manat məbləğində cərimə olunub.Məhkəmənin qərarı ilə Q.Bədəlov 2 il müddətində sürücülük hüququndan məhrum edilib.
Hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Sabirabad rayon sakini Ə.Yediyarov saxlanılıb
Bakı şəhər sakini olan bir nəfərə hədə-qorxu gələn şəxsin ondan 1000 manat alması, sonradan yenə də pul tələb etməsi barədə polisə məlumat daxil olub. Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Yediyarov saxlanılıb.Araşdırma aparılır.
Binəqədi rayonu ərazisindəki mağazaların birindən 3 ədəd noutbuk və mobil telefon oğurlamaqda şübhəli bilinən Naxçıvan şəhər sakini N.Mirzəyev saxlanılıb
Binəqədi rayonu ərazisindəki mağazaların birindən 5300 manat dəyərində 3 ədəd noutbuk və mobil telefonun oğurlanması barədə polisə məlumat daxil olub. Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Naxçıvan şəhər sakini N.Mirzəyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Sumqayıt şəhəri ərazisindəki mənzillərin birindən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini T.İsgəndərov saxlanılıb
Sumqayıt şəhəri ərazisindəki mənzillərin birindən 15.000 manat, 5.000 ABŞ dolları və 1000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini T.İsgəndərov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.