Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Səbail rayonunun Badamdar qəsəbəsindəki mağazaların birindən pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini V.Əliyev saxlanılıb
31.01.2023
Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Badamdar qəsəbəsindəki mağazaların birindən 417 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Əliyev saxlanılıb. Araşdırma aparılır.
Nərimanov rayonu ərazisindəki evlərin birindən kombi oğurlamaqda şübhəli bilinən Zərdab rayon sakini A.Vahidov saxlanılıb
Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 2000 manat dəyərində kombini oğurlamaqda şübhəli bilinən Zərdab rayon sakini A.Vahidov saxlanılıb. Araşdırma aparılır.
Abşeron rayonunun Masazır qəsəbə sakini F.Salahovdan marixuana götürülüb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Masazır qəsəbə sakini, əvvəllər məhkum olunmuş F.Salahovdan 415 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Qəbələ rayonu ərazisində bir həyətdən inək, bir evdən isə pul oğurlamaqda şübhəli bilinən Z.Şirinov saxlanılıb
Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində bir həyətdən 1 baş inək, bir evdən isə 4360 manat pul oğurlamaqda şübhəli bilinən Nic qəsəbə sakini Z.Şirinov saxlanılıb. Araşdırma aparılır.
Kəlbəcər rayonunun Qılınclı kəndi ərazisində “Niva” markalı avtomobil Tərtər çayına aşıb
Fevralın 1-də saat 1 radələrində Kəlbəcər rayonunun Qılınclı kəndi ərazisində Bakı şəhər sakini N.Babayev idarə etdiyi “Niva” markalı avtomobili Tərtər çayına aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, 2 sərnişini isə xəstəxanaya yerləşdirilib. Kəlbəcər Rayon Polis Şöbəsində araşdırma aparılır.
Şirvan şəhəri ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin “VAZ-21011” markalı avtomobillə törədilməsi müəyyən olunub, sürücü saxlanılıb
Yanvarın 31-də saat 6 radələrində Şirvan şəhəri ərazisində yolu keçən Hacıqabul rayon sakini R.Qurbanov müəyyən edilməyən avtomobillə vurulub və nəticədə hadisə yerində ölüb.Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-21011” markalı avtomobillə törədilməsi müəyyən olunub və həmin nəqliyyat vasitəsinin sürücüsü, şəhər sakini Z.Məmmədov saxlanılıb. Araşdırma aparılır.
Şahbuz rayonunun Nursu kəndi ərazisində sürücü sərxoş vəziyyətdə idarə etdiyi avtomobili körpüdən aşırıb
Yanvarın 31-də saat 12 radələrində Şahbuz rayonunun Nursu kəndi ərazisində kənd sakini X.Heydərov sərxoş vəziyyətdə idarə etdiyi “Niva” markalı avtomobili körpüdən aşırıb. Nəticədə avtomobildəki sərnişin G.Heydərova ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib. Şahbuz Rayon Polis Şöbəsində araşdırma aparılır.
Sumqayıt şəhərinin Sülh küçəsində “Ford” markalı avtomobillə piyada vurulub
Yanvarın 31-də saat 17 radələrində Sumqayıt şəhərinin Sülh küçəsində şəhər sakini A.Rəsulov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən A.Eyvazovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.
Bakıda keçmiş məhkum “Makarov” markalı odlu silahla saxlanılıb
Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb. Daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Fuad Abdulov tutularaq Polis Bölməsinə gətirilib. Onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus 3 ədəd patron və daraq aşkar olunaraq götürülüb. Fuad Abdulov odlu silahı bir müddət əvvəl əldə etdiyini və polisə təhvil verməyərək üzərində gəzdirdiyini bildirib. 9-ci Polis Bölməsində toplanan materiallar Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam edirilir.
Polis əməkdaşları Hökməli qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı növbəti dəfə əməliyyat keçirib daha 5 nəfər saxlanılıb
Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Hökməli qəsəbəsində həyata keçirdikləri növbəti tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 5 nəfər saxlanılıb. Əməliyyat zamanı həmin qəsəbədə yaşayan İlqar Niyazov, Faiq Qeybullayev, Azər Məmmədov, Niyazi Kazımov və Sevindik Kərimov tutulublar. Onların üzərində şəxsi axtarış aparılan zaman narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilib. Saxlanılan şəxslər Hökməli və ətraf qəsəbələrdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildiriblərFaktlarla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.