Bakı şəhər sakini olan bir qadının çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən A.Məmmədov saxlanılıb
03.02.2023Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində yanvarın 5-də Bakı şəhər sakini olan bir qadının içərisində pulu, bank kartları və açarları olan çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.