DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Xırdalan və Masazırda narkotik vasitələrin satışı ilə məşğul olan 2 nəfər saxlanılıb

04.02.2023

Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xırdalan şəhəri və Masazır qəsəbəsində  narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, eləcə də yaşadığı evdə qanunsuz olaraq odlu silah saxlayan şəxslər tutulublar. Əməliyyat zamanı əvvəllər məhkum olunmuş Eldar Raxmatulinin üzərindən və yaşadığı evdən 4 kiloqram 65 qram marixuana, 1 kiloqram 25 qram heroin və 403 qram psixotrop maddə metamfetamin aşkar edilib. 
İdarə əməkdaşları tərəfindən Masazır qəsəbəsində keçirilən əməliyyat zamanı saxlanılan əvvəllər məhkum olunmuş Sənan Əzimovdan isə 490 qram marixuana və 1 ədəd “TOZ-8” modelli müvafiq sənədləri olmayan odlu yivli silah aşkar edilib.  Saxlanılan şəxslər ifadələrində Xırdalan şəhəri və Masazır qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.
Faktlarla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət İşləri başlanılıb. Hər iki şəxs barəsində araşdırmalar davam etdirilir. 

Youtube linki - https://www.youtube.com/watch?v=WAeo6-skW6c

 

 

04.02.2023 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 44 cinayətin açılması təmin olunub 04.02.2023
  • Paytaxtda bir neçə vətənaşın külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə talayan şəxs müəyyən olunaraq saxlanılıb 04.02.2023
  • Xəzər rayonunun Binə qəsəbəsi ərazisindən “Kia” markalı avtomobili qaçırmaqda şübhəli bilinən qəsəbə sakini Ə.Bəndərov avtomobillə saxlanılıb 04.02.2023
  • Nizami rayonunun Q.Qarayev prospektindən “VAZ-21099” markalı avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakini R.Paşazadə avtomobillə saxlanılıb 04.02.2023
  • Oğurluq etdiyinə görə tutulan Y.Məhərrəmovun daha bir nəfərin pulunu oğurlaması da müəyyən olunub 04.02.2023
  • Oğurluq etdiyinə görə tutulan Q.Həsənovun Xəzər rayonu ərazisində daha bir neçə oğurluq hadisələrini törətməsi müəyyən olunub 04.02.2023
  • Quba rayonunun Susay kəndi ərazisində “VAZ-21015” markalı avtomobil aşıb 04.02.2023
  • Xaçmaz rayonunun Çarxı kəndi ərazisində “VAZ-21063” markalı avtomobillə piyada vurulub 04.02.2023
  • Xırdalan və Masazırda narkotik vasitələrin satışı ilə məşğul olan 2 nəfər saxlanılıb 04.02.2023
  • Sabunçu rayonunda bu ilin yanvar ayında keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 49 nəfər saxlanılıb 04.02.2023