Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Mehdiabadda narkotiklərin satışı ilə məşğul olan və üzərində qanunsuz olaraq odlu silah saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib 3 nəfər saxlanılıb
08.02.2023
Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Asəf Məmədov və Abbas Qafarov saxlanılıblar. Bu şəxslərdən ümumilikdə 7 kiloqrama yaxın narkotik vasitə marixuana aşkar edilib. Onların Mehdiabad və ətraf qəsəbələrdə narkotiklərin satışı ilə məşğul olduqları müəyyən edilib.Bölmə əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb. Polisə əvvəllər məhkum olunmuş Elbəyi Əmirovda odlu silah olması və satmaq istəməsi barədə əməliyyat məlumat daxil olub. Keçirilən tədbirlər nəticəsində həmin şəxs qısa zamanda tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 4 ədəd patron, həmin silaha məxsus daraq və narkotik vasitə heroin aşkar edilib.Faktlarla bağlı Mehdiabad Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 49 cinayətin açılması təmin olunub
07.02.2023
Fevralın 7-də ölkə ərazisində qeydə alınan 49, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Ümumi çəkisi 9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının fevralın 7-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3,6 kiloqrama yaxın heroin və 5,4 kiloqramdan çox marixuana olub.Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan silah-sursatla bağlı tədbirlər davam etdirilir
Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində fevralın 7-də rspublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 3 ədəd ov tüfəngi götürülüb. Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Bank kartlarından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Paytaxt ərazisində ayrı-ayrı vətəndaşlara məxsus bank kartlarından müxtəlif məbləğlərdə pulun oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini S.Əliyev müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun eyni üsulla 5 nəfərin bank hesabından 4 min manata yaxın vəsaiti oğurlaması müəyyən olunub.Araşdırmalar davam etdirilir.
Laçın rayon sakini T.Rzayev Sabunçu rayonu ərazisində tapdığı silah-sursatı könüllü olaraq polis idarəsinə təhvil verib
Polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Laçın rayon sakini T.Rzayev Sabunçu rayonu ərazisində tapdığı 1 ədəd “AK-74” markalı avtomat silahını, 1 ədəd patron darağını və 7 ədəd patronu könüllü olaraq polis idarəsinə təhvil verib.
İsmayıllı şəhərindəki mağazalardan birinin kassasından soyğunçuluq yolu ilə 300 manat pulun talamaqda şübhəli bilinən şəhər sakini R.Məmmədov saxlanılıb
İsmayıllı şəhərindəki mağazalardan birinin kassasından soyğunçuluq yolu ilə 300 manat pulun talanması barədə polisə məlumat daxil olub. İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş R.Məmmədov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.
Biləsuvar şəhər sakini E.Həsənovdan silah-sursat götürülüb
Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini E.Həsənovdan nömrəsi silinmiş “P-63” markalı tapança, 6 ədəd patron və 1 ədəd patron darağı götürülüb. Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı isə oradan “Zenet” markalı gecəgörmə cihazı da aşkar olunaraq götürülüb.
Xətai rayonu ərazisindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini G.Əsgərova saxlanılıb
Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini G.Əsgərova müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Yevlax rayonu ərazisində “VAZ-2106” və “Khazar” markalı avtomobillər toqquşub
Fevralın 7-də saat 10 radələrində Yevlax rayonu ərazisində rayon sakini E.Orucovun idarə etdiyi “VAZ-2106” və Bakı şəhər sakini S.Əliyevin idarə etdiyi “Khazar” markalı avtomobillər toqquşub. Nəticədə E.Orucov hadisə yerində ölüb, sərnişinləri olan anası və bacısı xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.