Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Paytaxtın Nizami rayonu ərazisində bir qadını döyməkdə və hədə-qorxu gələrək 11.000 manat pulunu almaqda şübhəli bilinən M.Qəniyev saxlanılıb
08.02.2023
Paytaxtın Nizami rayonu ərazisində bir qadının döyülməsi və hədə-qorxu gəlməklə 11.000 manat pulunun alınması barədə polisə məlumat daxil olub. Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş M.Qəniyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Bakı dəmir yolu stansiyası ərazisində Bakı şəhər sakini M.Səlimovun cüzdanını oğurlamaqda şübhəli bilinən M.Nağıyev saxlanılıb
NBPİ-nin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı dəmir yolu stansiyası ərazisində Bakı şəhər sakini M.Səlimovun içərisində 340 manatı olan cüzdanını oğurlamaqda şübhəli bilinən paytaxt sakini M.Nağıyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Paytaxtın Yasamal rayonu ərazisində marşrut avtobusunda bir qadının çantasından cüzdanını oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini M.Əliyev saxlanılıb
Paytaxtın Yasamal rayonu ərazisində marşrut avtobusunda Bakı şəhər sakini olan bir qadının çantasından içərisində 570 manatı, sənəd və bank kartı olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Paytaxtın Nəsimi rayonu H.Seyidzadə küçəsində yerləşən mağazaların birində bir qadının cüzdanını oğurlamaqda şübhəli bilinən S.Ağayeva saxlanılıb
Paytaxtın Nəsimi rayonu H.Seyidzadə küçəsində yerləşən mağazaların birində Bakı şəhər sakini olan bir qadının içərisində 500 manatı, sənəd və bank kartı olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Ağayeva müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Ş.Qədimov saxlanılıb
Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində H.Z.Tağıyev qəsəbəsindəki evlərin birindən 2750 manat pul oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Ş.Qədimov saxlanılıb. Araşdırma aparılır.
Ağcabədi rayonu ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 400 ABŞ dolları, 150 avro və 9500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakinləri Q.Bədəlov, F.Fərmanlı və H.Bayramov saxlanılıblar. Araşdırma aparılır.
Tərtər rayonunun Hüsənli kəndi ərazisində “VAZ-2106” markalı avtomobil beton dirəyə çırpılıb
Fevralın 8-də saat 1 radələrində Tərtər rayonunun Hüsənli kəndi ərazisində Ağdam rayon sakini T.Hətəmov idarə etdiyi “VAZ-2106” markalı avtomobili beton dirəyə vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb. Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.
Tovuz rayonunun Hunanlar kəndi ərazisində “VAZ-21011” və “Mitsubishi” markalı avtomobillər toqquşub
Fevralın 8-də saat 11 radələrində Tovuz rayonunun Hunanlar kəndi ərazisində kənd sakini A.Abuzərovun idarə etdiyi “VAZ-21011” və Kəlbəcər rayon sakini M.Quliyevin idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-21011” markalı avtomobildə olan sərnişinlər Ə.Abuzərov və N.Abbasova hadisə yerində ölüb, sürücü və digər sərnişini isə xəstəxanaya yerləşdirilib.Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.
Göyçay şəhəri ərazisində “VAZ-2107” markalı avtomobilin yolun kənarında dayanan “VAZ-2109” markalı avtomobilə çırpılması ilə bağlı cinayət işi başlanılıb
Fevralın 8-də saat 15 radələrində Göyçay şəhəri ərazisində rayon sakini F.Xəlilov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarında dayanan “VAZ-2109” markalı avtomobilə vurub. Nəticədə F.Xəlilov hadisə yerində ölüb, sərnişini olan həyat yoldaşına isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanılıb.Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.
“Papanin” və “Kubinka”da narkotik vasitələrin satışı, həmçinin gənclər arasında təbliği ilə məşğul olan daha 13 nəfər saxlanılıb
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayonun “Papanin”, “Kubinka” kimi tanınan ərazilərində - Cəlil Məmmədquluzadə, Naxçıvanı, Asəf Zeynallı və Namiq Məlikov küçələrində növbəti əməliyyatlar keçirilib. Tədbir zamanı qeyd edilən ünvanlarda narkotiklərin qanunsuz dövriyyəsini və satışını həyata keçirən daha 13 nəfər saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın heroin, tiryək, metamfetamin və satışı qadağan olunan psixotrop tərkibli həblər aşkar edilib. Saxlanılanlar narkotik vasitələri şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Əməliyyat nəticəsində tutulan şəxslərdən bəzilərinin gənclər və yeniyetmələr arasında narkotik vasitlərin təbliği ilə məşğul olduqları da müəyyən edilib.Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.