Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Samux rayonunun Burunqovaq kənd sakini T.Kərimovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
04.01.2023
Samux Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Burunqovaq kənd sakini T.Kərimovdan qanunsuz saxladığı “Toz-16” markalı ov tüfəngi götürülüb.
Mingəçevir şəhər sakini F.Qasımovdan 415 qram marixuana və metamfetamin götürülüb
Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş F.Qasımov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 415 qram marixuana və metamfetamin aşkar edilərək götürülüb.
Beyləqan rayonunun 1-ci Aşıqlı kənd sakini Ş.Yusifovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində 1-ci Aşıqlı kənd sakini Ş.Yusifovdan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.
Bakı şəhər sakinləri Q.Qənbərova və qardaşına xəsarət yetirməkdə şübhəli bilinən paytaxt sakini S.Hacıyev saxlanılıb
Yanvarın 4-də saat 22 radələrində bir nəfərin Bakı şəhər sakinləri Q.Qənbərovun döş qəfəsinə bıçaqla və qardaşının baş nahiyəsinə daşla xəsarət yetirməsi barədə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə məlumat daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən paytaxt sakini S.Hacıyev müəyyən edilərək saxlanılıb.Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Dənizkənarı Milli Parkda Abşeron rayon sakini A.Həsənovanın cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
2022-ci il dekabrın 31-də saat 23 radələrində Dənizkənarı Milli Parkda Abşeron rayon sakini A.Həsənovanın cibindən mobil telefonunun oğurlanması barədə polisə məlumat daxil olub.Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinənlər - Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Y.Gəncəliyev, R.Kərimov və Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş R.Nəsibov saxlanılıblar.Araşdırmalarla onların Bakı şəhər sakini N.Nağıyevin içərisində 478 manat və bank kartı olan cüzdanını oğurlamaları da müəyyən olunub.
Qaradağ rayonu ərazisində “Azərişıq” ASC-yə məxsus avadanlıqları oğurlamaqda şübhəli bilinən D.Kərimli saxlanılıb
Qaradağ RPİ 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 1-də Lökbatan qəsəbəsi ərazisində “Azərişıq” ASC-yə məxsus məntəqənin həyətindəki saxlanc yerindən yağ açarları və ehtiyat avadanlıqları oğurlamaqda şübhəli bilinən D.Kərimli saxlanılıb.Araşdırmalarla onun qəsəbə ərazisində yerləşən transformatordan 7 ədəd mis lövhə və “Azərişıq” ASC-yə məxsus məntəqənin həyətindəki saxlanc yerindən yağ açarları, mis şinlər və ehtiyat avadanlıqlar oğurlaması da müəyyən olunub.
Nərimanov rayonunun A.Aqarunov küçəsində yerləşən Hospitalın həyətindən oksigen aparatını oğurlamaqda şübhəli bilinən N.Mirzəyev saxlanılıb
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2022-ci il dekabrın 22-də A.Aqarunov küçəsində yerləşən Hospitalın həyətindən 5180 manat dəyərində oksigen aparatını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Mirzəyev saxlanılıb.Araşdırma aparılır.
Nəsimi rayonu ərazisindəki evlərin birindən pul və qızıl üzük oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini Ə.Əsgərov saxlanılıb
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 2-də rayon ərazisindəki evlərin birindən 7400 manat, 3600 ABŞ dolları və 1000 manat dəyərində qızıl üzük oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Əsgərov saxlanılıb.Araşdırma aparılır.
Binəqədi rayonu ərazisində “Mercedes” markalı avtomobil “Toyota” və “Khazar” markalı iki avtomobilə çırpılıb
Yanvarın 5-də saat 1 radələrində Binəqədi rayonu ərazisində Bakı şəhər sakini L.Abdullayev idarə etdiyi “Mercedes” markalı avtomobillə paytaxt sakini P.Hacılının idarə etdiyi “Toyota” və Abşeron rayon sakini Q.Orucovun idarə etdiyi “Khazar” markalı avtomobilləri vurub. Nəticədə L.Abdullayev və 3 sərnişini, habelə P.Hacılının sərnişini xəstəxanaya yerləşdirilib, L.Abdullayev orada ölüb.Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Nəsimi rayonunun R.Behbudov küçəsində “Khazar” markalı avtomobillə paytaxt sakini H.Tanrıverdiyev vurulub
Yanvarın 4-də saat 22 radələrində Nəsimi rayonunun R.Behbudov küçəsində Bakı şəhər sakini K.Ələsgərov idarə etdiyi “Khazar” markalı avtomobillə yolu keçən paytaxt sakini H.Tanrıverdiyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.