Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 51 cinayətin açılması təmin olunub
30.01.2023
Yanvarın 30-da ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Ümumi çəkisi 14,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının yanvarın 30-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 14,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 11,7 kiloqramdan artıq heroin, 2,6 kiloqramdan çox marixuana, 35 qram həşiş, həmçinin 320 qramdan çox metamfetamin olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan silah-sursatla bağlı tədbirlər davam etdirilir
Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 30-da respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 7 ədəd ov tüfəngi götürülüb. Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Şirvan şəhər sakini F.Əkbərlidən heroin və metamfetamin aşkar olunaraq götürülüb
Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Şirvan şəhər sakini F.Əkbərlidən 513 qrama yaxın heroin və 300 qramdan artıq metamfetamin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
“Toyota” markalı bir avtomobildən 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən M.Cəfərov saxlanılıb
Yasamal RPİ 27-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində yanvarın 27-də “Toyota” markalı bir avtomobildən 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Cəfərov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Sumqayıt şəhəri ərazisində iki evdən pul və 4 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Ə.Əliyev saxlanılıb
Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisində iki evdən pul və 4 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş Ə.Əliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Gəncə şəhərinin V.Xuluflu küçəsində silah-sursat tapılıb
Gəncə ŞBPİ 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən V.Xuluflu küçəsindən 1 ədəd “RQD-5” markalı qumbara, 1 ədəd yararsız və nömrəsi silinmiş “AK-74” markalı avtomat silahı, 1 ədəd lüləsi kəsilmiş və nömrəsi silinmiş “İJ” markalı ov tüfəngi və 2 ədəd avtomat patronu tapılıb. Araşdırma aparılır.
Şirvan şəhər sakini F.Hüseynovdan marixuana aşkar olunaraq götürülüb
Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş F.Hüseynovdan 2 qramdan artıq, evinə baxış zamanı isə 520 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Sabirabad rayonunun Qalaqayın kəndi ərazisində “Mercedes” və “KamAZ” markalı avtomobillər toqquşub
Yanvarın 30-da saat 23 radələrində Sabirabad rayonunun Qalaqayın kəndi ərazisində rayon sakini İ.Xanəliyevin idarə etdiyi “Mercedes” və Ağcabədi rayon sakini L.Hüseynovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Nəticədə “Mercedes” markalı avtomobilin sürücüsü hadisə yerində ölüb, 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.
Lənkəran rayonunun Boladi kəndi ərazisində Rusiya Federasiyası vətəndaşı A.Temirbekovun idarə etdiyi yük avtomobili ilə rayon sakini M.Hüseynov vurulub
Yanvarın 30-da saat 5 radələrində Lənkəran rayonunun Boladi kəndi ərazisində Rusiya Federasiyası vətəndaşı A.Temirbekov idarə etdiyi “Volvo” markalı yük avtomobili ilə yolu keçən rayon sakini M.Hüseynovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.