Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
İsmayıllı rayonunun Tircan kənd sakinləri F.Piriyevdən və Ə.Fətəliyevdən qanunsuz saxladıqları 2 ov tüfəngi götürülüb
02.02.2023
İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Tircan kənd sakinləri F.Piriyevdən və Ə.Fətəliyevdən qanunsuz saxladıqları “İJ-18” və “TOZ” markalı 2 ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Gəncə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
Fevralın 2-də saat 6 radələrində Gəncə şəhəri ərazisində M.Məmmədov idarə etdiyi “Mercedes” markalı mikroavtobusla yolu keçən E.Quliyevi vurub və nəticədə piyada hadisə yerində ölüb. Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Sabunçu rayonunun Məhəmmədi qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
Fevralın 2-də saat 13 radələrində Sabunçu rayonunun Məhəmmədi qəsəbəsi ərazisində R.Baloğlanovun idarə etdiyi “Mercedes” və M.Məmmədovun idarə etdiyi “Fiat” markalı avtomobillər toqquşub. Nəticədə M.Məmmədov hadisə yerində ölüb, digər sürücü isə xəstəxanaya yerləşdirilib. Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Şəmkir rayonunun Qasımalılar kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Fevralın 2-də saat 14 radələrində Şəmkir rayonunun Qasımalılar kəndi ərazisində E.Abdullazadənin idarə etdiyi “VAZ-21099” və İ.Məmmədovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-21099” markalı avtomobildə olan sərnişin İ.İmanov hadisə yerində ölüb.Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bərdə rayonunun Kətəlparaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Fevralın 2-də saat 18 radələrində Bərdə rayonunun Kətəlparaq kəndi ərazisində rayon sakinləri C.Quliyevin idarə etdiyi “VAZ-2121” və İ.Baxşalıyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü və İ.Baxşalıyevin sərnişinlərindən atası Məhərrəm, anası Xalidə, bacısı Məfdunə hadisə yerində ölüb, digər bacısı Fəridə isə xəstəxanaya yerləşdirilib.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Xəzər rayonunda bu ilin yanvar ayında keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 46 nəfər saxlanılıb
Xəzər Rayon Polis İdarəsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən yanvar ayı ərzində Mərdəkan, Türkan, Şüvəlan, Binə, Şağan qəsəbələri, həmçinin rayonun digər ərazilərində keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi, kultivasiyası və satışı ilə məşğul olan ümumilikdə 46 nəfər saxlanılıb. Həmin şəxslərdən külli miqdarda heroin, tiryək, marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları əsasən İran vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Faktlarla bağlı toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Xəzər rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.
Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq “Kalaşnikov” markalı avtomat gəzdirən şəxs saxlanılıb
Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb. Tədbir zamanı əvvəllər məhkum olunmuş İmişli rayon sakini Qasıməli Qasımov tutularaq istintaqa təqdim edilib. Ondan 1 ədəd “Kalaşnikov” markalı avtomat, 3 ədəd patron və həmin silaha məxsus 1 ədəd daraq aşkar edilib. Qasıməli Qasımov odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib. Faktla bağlı 21-ci Polis Bölməsində toplanan materiallar Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Xətai rayonunda yerləşən marketlərdən birindən oğurluq edən şəxs mühafizə polisləri tərəfindən anındaca saxlanılıb
Paytaxtın Xətai rayonunda yerləşən marketlərdən birindən oğurluq edilməsinin qarşısı mühafizə polisləri tərəfindən alınıb.Belə ki, rayon ərazisində yerləşən xüsusi texniki vasitələrlə qorunan obyektdən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəyə dərhal operativ reaksiya göstərilib. Əraziyə gələn polislər obyektə baxış keçirən zaman bir nəfərin mağazanın arxa tərəfində yerləşən ehtiyat çıxışından ora daxil olduğunun şahidi olublar. Polislərin operativliyi sayəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum edilmiş Elvin Quliyev saxlanılaraq ərazi üzrə Polis Bölməsinə təhvil verilib. Həmin şəxs tutulan zaman əlində olan bıçaqla müqavimət göstərmək istəsə də onun bu niyyətinin qarşısı polis əməkdaşlarının çevikliyi nəticəsində alınıb. Saxlanılan şəxsin üzərində axtarış aparılan zaman marketdən oğurladığı 1700 manat aşkar olunub. Elvin Quliyevin oğurluq niyyəti ilə obyektə daxil olması mağazanın təhlükəsizlik kameraları vasitə ilə də anbaan lentə alınıb. Saxlanılan şəxsin Xətai və paytaxtın digər ərazilərində analoji cinayətlərdə əlinin olub-olmamasının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdiriıir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 100 cinayətin açılması təmin olunub
01.02.2023
Fevralın 1-də ölkə ərazisində qeydə alınan 100, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Suraxanı rayonu ərazisində bir qadından hədə-qorxu ilə pul və mobil telefonunu almaqda şübhəli bilinən paytaxt sakini P.Bəşirov saxlanılıb
Suraxanı rayonu ərazisində bir nəfərin Bakı şəhər sakini olan qadına hədə-qorxu gələrək 100 manatını və mobil telefonunu alması barədə polisə məlumat daxil olub. Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən paytaxt sakini P.Bəşirov müəyyən olunaraq saxlanılıb. Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.