Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şəmkir rayon sakini E.Nağıyev avtomobillə birgə saxlanılıb
12.01.2023
Binəqədi rayonu ərazisində yerləşən avtomobil təmiri sexlərinin birinin qarşısından “Daewoo” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şəmkir rayon sakini E.Nağıyev Gəncə şəhəri ərazisində avtomobillə birgə saxlanılıb. O, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.Araşdırma aparılır.
İ.Mirzəyevdən 2 ədəd avtomat patronu, yaşadığı evə baxış zamanı oradan avtomat, 2 ədəd patron darağı və 58 ədəd patron aşkar olunaraq götürülüb
Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunmuş İ.Mirzəyevdən 2 ədəd avtomat patronu, yaşadığı evə baxış zamanı oradan “AKS-47” markalı avtomat, 2 ədəd patron darağı və 58 ədəd patron aşkar olunaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.
Ümumilikdə 32 baş qoyun və 3 baş inəyi oğurlamaqda və Ağcabədi rayon sakinləri Z.Cəfərov, Ə.Hüseynov və Z.Əhmədov müəyyən olunaraq saxlanılıb
Bərdə Rayon Polis Şöbəsinə yanvarın 12-nə keçən gecə Soğanverdilər kəndi ərazisindəki fermaların birindən 5 baş qoyunun oğurlanması barədə məlumat daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Ağcabədi rayon sakinləri Z.Cəfərov, Ə.Hüseynov və Z.Əhmədov müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onların rayon ərazisində ümumilikdə 32 baş qoyun və 3 baş inəyi oğurlamaları da müəyyən olunub.Faktla bağlı cinayət işi başlanılıb.
Oğurluq əməlində şübhəli bilinən paytaxt sakini E.Əliyev müəyyən olunaraq saxlanılıb
Nizami rayonu ərazisindəki mağazaların birində Bakı şəhər sakini olan bir qadının içərisində 6800 manatı, sənəd və ev açarları olan çantasının oğurlanması barədə polisə məlumat daxil olub. Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş E.Əliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 62 cinayətin açılması təmin olunub
11.01.2023
Yanvarın 11-də ölkə ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Yevlax rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlər”lə açılması təmin edilib
Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Yevlax rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlər”lə açılması təmin edilib.Belə ki, yanvarın 10-u saat 22 radələrində Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri 1958-ci il təvəllüdlü Bəyaz Cabbarovun yaşadığı ünvanda öldürülməsi barədə məlumat daxil olub. Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Aparılan birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb edilib.Hadisə barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Kürdəmir rayon sakini H.Həmzəyevin ov tüfəngindən ehtiyatsızlıqdan açılmış atəş nəticəsində Xaçmaz rayon sakini R.Apayev ölmüşdür
Yanvarın 11-də saat 23 radələrində Xaçmaz rayonunun Laman kəndində rayon sakini R.Apayevin ölməsi barədə Xaçmaz Rayon Polis Şöbəsinə məlumat daxil olub. Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla Laman kəndinin meşəlik ərazisində Bakı şəhər sakini E.İsmayılov, Kürdəmir rayon sakini H.Həmzəyev və Xaçmaz rayon sakini R.Apayev ova gedərkən H.Həmzəyevin ov tüfəngindən ehtiyatsızlıqdan açılmış atəş nəticəsində R.Apayevin ölməsinə əsaslı şübhələr müəyyən olunub. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində H.Həmzəyev saxlanılaraq istintaqa təhvil verilib. Ondan müvafiq sənədləri olan “MC-2112” markalı ov tüfəngi götürülüb.Faktla bağlı Cinayət Məcəlləsinin 124-cü maddəsi (Ehtiyatsızlıqdan adam öldürmə) ilə cinayət işi başlanılıb.
bşeron rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Q.Qulamov saxlanılıb
Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Biləcəri qəsəbəsi ərazisində bir nəfərdən və 2 avtomobildən mobil telefon oğurlamaqda, bir nəfərə qarşı isə dələduzluq etməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Q.Qulamov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunub.Araşdırmalarla onun ötən il dekabrın 27-də saat 2 radələrində Biləcəri qəsəbəsi ərazisində sərnişini olduğu “Khazar” markalı avtomobilin sürücüsünün 65 manatını və mobil telefonunu quldurluq yolu ilə talaması da müəyyən olunub. Araşdırma aparılır.
Qanunsuz saxlanılan silah-sursatla bağlı tədbirlər davam etdirilir
Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 11-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 12 ədəd ov tüfəngi götürülüb. Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Oğurluq əməlində şübhəli bilinən ev sahibinin qohumu B.Hacıyev müəyyən olunaraq saxlanılıb
Qobustan rayonunun Təklə kəndindəki evlərin birindən 15.000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Qobustan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən ev sahibinin qohumu B.Hacıyev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.