Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Siyəzən şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
11.02.2023
Fevralın 11-də saat 15 radələrində Siyəzən şəhəri ərazisində şəhər sakini N.Məmmədov idarə etdiyi “Audi” markalı avtomobili yolun kənarında dayanmış “Mercedes” markalı yük avtomobilinə vurub. Nəticədə N.Məmmədov və sərnişinləri olan həmyerliləri N.Abbasov, R.Abbasov və A.Məmmədli hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.Siyəzən Rayon Polis Şöbəsində araşdırma aparılır.
Quba rayonunun Qamqam kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Fevralın 11-də saat 18 radələrində Quba rayonunun Qamqam kəndi ərazisində rayon sakini E.Mustafayev idarə etdiyi “VAZ-2109” markalı avtomobillə yolu keçən İ.Əliyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.
Şəmkir şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
Fevralın 11-də saat 20 radələrində Şəmkir şəhəri ərazisində şəhər sakini C.Sadıqov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi S.Nağıyevanı vurub. Nəticədə xəsarət alan piyada xəstəxanaya aparılarkən yolda ölüb.Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.
Sabunçu rayonunda narkotiklərin satışı ilə məşğul olan və qanunsuz olaraq odlu silah saxlayan daha 3 nəfər saxlanılıb
Sabunçu rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan və qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxslərə qarşı növbəti əməliyyatlar keçirilib. Nəticədə qanunsuz dövriyyədən 8 kiloqram narkotik vasitə və 1 ədəd “Kalaşnikov” markalı avtomat silah çıxarılıb. Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı paytaxt ərazisində narkokuryerliklə məşğul olan Həmid Həmidzadə saxlanılıb. Onun üzərindən 2 kiloqrama yaxın heroin aşkar edilib. Həmid Həmidzadənin sosial şəbəkələr vasitəsi ilə tanış olduğu İran vətəndaşının ona pul müqabilində etdiyi narkokuryerlik təklifi ilə razılaşdığı müəyyən edilib. Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Əliyulla Hadıyev saxlanılıb. Onun üzərindən və evindən 4 kiloqramdan artıq marixuana aşkar edilib. Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı isə Cavanşir Mövlanzadə tutulub. Onun üzərindən və yaşadığı evdən isə 2 kiloqrama yaxın heroin, marixuana, “Kalaşnikov” markalı avtomat, 11 ədəd patron və həmin silaha aid patron darağı aşkar edilib. Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.
Qaçaqmalçılıq yolu ilə 67 kiloqram heroin və metamfetamini ölkə ərazisinə keçirən buradan da Gürcüstan vasitəsi ilə Avropaya göndərmək istəyən dəstənin üzvləri saxlanılıblar
Polis əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə külli miqdarda narkotik maddələr keçirən daha sonra buradan tranzit yükdaşımalar adı altında Gürcüstana və Avropaya göndərməyə çalışan daha bir mütəşəkkil dəstənin üzvləri saxlanılıblar. Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş Bəhruz Beybudov onun başçılıq etdiyi dəstənin üzvləri Əlifağa Hadıyev və Samir Abdullayev tutulublar. Əlifağa Hadıyevin idarə etdiyi avtomobilə, Bəhruz Beybudovun evinə və Samir Abdullayevin maşınının tranzit yük hissəsinə Gömrük Komitəsi əməkdaşlarının iştirakı ilə baxış keçirilib. Qeyd edilən yerlərdən ümumilikdə 67 kiloqram, o cümlədən 57 kiloqram heroin, 10 kiloqram metamfetamin və elektron tərəzilər aşkar olunub. Dəstə üzvləri şəxsiyyəti istintaqla araşdırılan “Əsgər” adı altında pərdələnən İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək onun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirdiyi narkotik vasitələri maddi qazanc müqabilində qəbul ediblər. Saxlanılan şəxslər narkotikləri həm Bakı şəhərində satmaq, həm də Samir Abdullayevin yük maşını ilə Avropa ölkəklərinə göndərməyi planlaşdırıblar. Həmin narkobaronun ölkədəki əsas dayaqları - Bəhruz Beybudov, Əlifağa Hadıyev və Samir Abdullayevin saxlanılmasının əməliyyat görüntülərini təqdim edirik. Sonuncu əməliyyat zamanı İrandan Azərbaycana narkotik vasitələri qeyri-leqal yollarla göndərən kanallardan daha birinə güclü zərbə endirilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, hər 3 şəxs barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat tədbirləri davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 74 cinayətin açılması təmin olunub
10.02.2023
Fevralın 10-da ölkə ərazisində qeydə alınan 74, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Ümumi çəkisi 5,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının fevralın 10-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 5,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2,9 kiloqramdan artıq heroin, 2,4 kiloqramdan çox marixuana, həmçinin 275 qramdan çox metamfetamin olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
İmişli rayonunun Ağamalılar kəndi ərazisində kənd sakini İ.Aslanov idarə etdiyi motosikleti aşırıb
Fevralın 10-da saat 17 radələrində İmişli rayonunun Ağamalılar kəndi ərazisində kənd sakini İ.Aslanov idarə etdiyi “İJ” markalı motosikleti yolun kənarına aşırıb və nəticədə hadisə yerində ölüb.İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.
Xəzər rayonunun Qala qəsəbəsi ərazisindən “Mercedes” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən paytaxt sakini Y.Dəmirov avtomobillə qəsəbəsi ərazisində saxlanılıb
Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə fevralın 2-də Qala qəsəbəsi ərazisindən Bakı şəhər sakini N.Həsənovun “Mercedes” markalı avtomobilinin qaçırılması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini Y.Dəmirov avtomobillə qəsəbəsi ərazisində saxlanılıb. Araşdırma aparılır.
Oğurluq etdiyinə görə tutulan M.Əliyevin paytaxt ərazisində daha iki qadının çantasından cüzdanlarını oğurlaması da müəyyən olunub
Bakı Şəhər Baş Polis İdarəsində aparılan araşdırmalarla oğurluq etdiyinə görə tutulan M.Əliyevin paytaxt ərazisində daha iki qadının çantasından içərisində pul, sənəd və bank kartları olan cüzdanlarını oğurlaması da müəyyən olunub. Araşdırma aparılır.