Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Zaqatala Rrayonunun Fındıqlı kənd sakini A.Afrailovun evinə baxış zamanı 2 kiloqramdan artıq marixuana götürülüb
10.01.2023
Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Fındıqlı kənd sakini, əvvəllər məhkum olunmuş A.Afrailov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 5 qramdan artıq marixuana aşkar olunub. Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı oradan əlavə 2 kiloqramdan artıq marixuana götürülüb. Araşdırma aparılır.
Oğurluq əməlində şübhəli bilinən Buzovna qəsəbə sakinləri E.Qurbanov, N.Namazov və K.Quliyev müəyyən olunaraq saxlanılıblar
Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən qəbristanlıqda məzarların birindən 1500 manat dəyərində dəmir barmaqlığın oğurlanması barədə polisə məlumat daxil olub. Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən qəsəbə sakinləri E.Qurbanov, əvvəllər məhkum olunmuşlar – N.Namazov və K.Quliyev müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Xətai rayonunun M.Hadi küçəsində yol-nəqliyyat hadisəsi
Yanvarın 10-da saat 16 radələrində Xətai rayonunun M.Hadi küçəsində Bakı şəhər sakini V.Əkbərov idarə etdiyi “Daewoo” markalı avtobusla yolu keçən paytaxt sakini İ.Göyüşovu vurub və nəticədə piyada hadisə yerində ölüb. Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Lerik rayonunun Piran kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Yanvarın 10-da saat 12 radələrində Lerik rayonunun Piran kəndi ərazisində rayon sakini A.Bağırov idarə etdiyi “Hyundai” markalı yük avtomobilini arxaya verərkən kənd sakini Ə.Məmmədovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada ölüb.Lerik Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 63 cinayətin açılması təmin olunub
09.01.2023
Yanvarın 9-da ölkə ərazisində qeydə alınan 63, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir
Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 9-da respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 11 ədəd ov tüfəngi götürülüb. Aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 1 avtomat silahı, 1 ədəd patron darağı və 1 ədəd patron könüllü olaraq polisə təhvil verilib. Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Biləsuvar rayonu ərazisində ov edərkən C.Əsgərov ov tüfəngindən ehtiyatsızlıqdan açılan atəş nəticəsində Z.Tağıyevin ölümünə səbəb olub
Yanvarın 9-da saat 17 radələrində Biləsuvar rayonunda Z.Tağıyevin başından aldığı qırma xəsarətlərindən ölməsi barədə Biləsuvar Rayon Polis Şöbəsinə məlumat daxil olub.Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla Z.Tağıyevin həmin gün saat 16 radələrində 3 nəfərlə birgə rayonda yerləşən “Şəhriyar” adlı əraziyə ova getməsi və həmin vaxt orada olan şəxslərdən C.Əsgərova məxsus müvafiq sənədləri olan “Churchill” markalı ov tüfəngindən ehtiyatsızlıqdan açılan atəş nəticəsində Z.Tağıyevin xəsarət alması və xəstəxanaya aparılarkən yolda ölməsinə əsaslı şübhələr müəyyən edilib.Faktla bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanılıb.
Ağcabədi şəhər sakini Ə.Qurbanovun yaşadığı evə baxış zamanı 1 kiloqram 95 qram heroin götürülüb
Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini Ə.Qurbanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunub. Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan əlavə 1 kiloqram 95 qram heroin götürülüb.
Şirvan şəhər sakini M.Abbasovun yaşadığı evə baxış zamanı 1 kiloqram 15 qram heroin götürülüb
Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini M.Abbasov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunub. Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan əlavə 1 kiloqram 15 qram heroin götürülüb.
Salyan rayonunun Marışlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Yanvarın 9-da saat 6 radələrində Salyan rayonunun Marışlı kəndi ərazisində Masallı rayon sakini A.Məcidov idarə etdiyi “KamAZ” markalı avtomobili qarşıda gedən Lənkəran rayon sakini E.Ağamalıyevin idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub. Nəticədə A.Məcidovun sərnişini R.Kiçikbəyov hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.