Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
“Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” Qanunun tələblərinin icrası diqqət mərkəzindədir
24.01.2023
Daxili İşlər Nazirliyi tərəfindən “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” Qanunun tələblərindən irəli gələn vəzifələrin icrası diqqət mərkəzində saxlanılır. Respublikanın şəhər, rayon polis orqanları tərəfindən aidiyyəti təşkilatlarla birgə qanunla tütün çəkilməsinə icazə verilməyən yerlərdə monitorinqlər keçirilir, fiziki və hüquqi şəxslər, fərdi sahibkarlar, eləcə də əhali arasında geniş izahat işləri aparılır.Ümumilikdə, 2022-ci il ərzində respublikanın şəhər, rayon polis orqanları tərəfindən keçirilmiş tədbirlər nəticəsində “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” Qanunla qadağan edilmiş yerlərdə tütün çəkdiklərinə, tütün məmulatları tullantılarını ətraf mühitə atdıqlarına görə 14.421, tütün məmulatlarını yektinlik yaşına çatmayanlara satdıqlarına görə 816 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 212.1-ci, 212.3-cü, 212.4-cü və 455.2-ci maddələrinə əsasən inzibati tənbeh tədbiri tətbiq olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Ekoloji təhlükəsizlik diqqət mərkəzindədir
Daxili işlər orqanları tərəfindən ekoloji cinayətlərin və ekoloji təhlükəsizlik əleyhinə olan inzibati xətaların qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirilir. 2022-ci il ərzində bu istiqamətdə keçirilən tədbirlər nəticəsində qanunsuz ağac kəsmə faktı üzrə 200, balıq və başqa su heyvanlarını tutmağa görə 112, qanunsuz ovla bağlı isə 2 cinayət işi başlanılıb. Eyni zamanda, meşə qanunvericiliyinin tələblərini, yerin təkindən istifadə qaydalarını pozduqlarına və qanunsuz ov etdiklərinə, eləcə də mülki silahın daşınması qaydalarını pozduqlarına görə 3056 nəfər barəsində inzibati tənbeh tədbiri görülüb.Daxili İşlər Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublikanın şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında, çimərliklərdə məişət tullantılarının tutumundan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə də tədbirlərini davam etdirib. Ötən il ərzində keçirilən birgə tədbirlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozan 14.600 fiziki və hüquqi şəxs barəsində inzibati tənbeh tədbiri görülüb.Bu istiqamətdə tədbirlər davam etdirilir.
Yanvarın 24-də respublika ərazisində ümumi çəkisi 11,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının yanvarın 24-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 11,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3,8 kiloqramdan çox heroin, 7,7 kiloqrama yaxın marixuana, 77 qram artıq tiryək, həmçinin 245 qram metamfetamin, 479 ədəd metadon həbləri olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Marketlərin birindən 1600 manat dəyərində 8 ədəd arabanın qeyri-aşkar şəraitdə oğurlamaqda şübhəli bilinən Laçın rayon sakini İ.Hüseynov müəyyən olunaraq saxlanılıb
Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə Cavadxan küçəsində yerləşən marketlərin birindən 1600 manat dəyərində 8 ədəd arabanın qeyri-aşkar şəraitdə oğurlanması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Laçın rayon sakini, əvvəllər məhkum olunmuş İ.Hüseynov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini S.Ağayeva müəyyən olunaraq saxlanılıb
Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində üç mağazadan ümumilikdə 960 manat pul, gözəllik salonlarının birində isə işçinin çantasından içərisində 1550 manat, sənəd, bank kartları və mobil telefonu olan cüzdanını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluq və soyğunçuluğa görə məhkum olunmuş S.Ağayeva müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini R.Rzayev saxlanılıb
Gəncə ŞBPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda 5 evdən naqil, şveller, plastik və dəmir qapılar oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini R.Rzayev saxlanılıb. Araşdırma aparılır.
İsmayıllı rayon sakini E.Mahmudovun yaşadığı evə baxış zamanı oradan 2,8 kiloqramdan artıq marixuana və 3 ədəd qurudulmuş çətənə kolu aşkar olunaraq götürülüb
İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunmuş E.Mahmudovun yaşadığı evə baxış zamanı oradan 2,8 kiloqramdan artıq marixuana və 3 ədəd qurudulmuş çətənə kolu aşkar olunaraq götürülüb.
Oğurluq əməlində şübhəli bilinən Qəbələ rayon sakini A.Yusifov və Qazax rayon sakini E.Nəsibzadə müəyyən olunaraq saxlanılıblar
Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən zavodlardan birinin həyətindən dəmirüyüdən dəzgahın mühərrikinin oğurlanması barədə polisə məlumat daxil olub.Qaradağ RPİ 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Qəbələ rayon sakini A.Yusifov və Qazax rayon sakini E.Nəsibzadə müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Z.Musayev müəyyən olunaraq saxlanılıb
Yasamal rayonunun Ş.Qurbanov küçəsindəki mağazaların birindən 11 ədəd mobil telefonun qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.Yasamal RPİ 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Z.Musayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Qanunsuz saxlanılan silah-sursatla bağlı tədbirlər davam etdirilir
Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 24-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 3 ədəd ov tüfəngi götürülüb. Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.