Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Tərtər şəhər sakini S.Abdullayevdən 480 qram marixuana götürülüb
25.01.2023
Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş S.Abdullayevdən 480 qram marixuana götürülüb. Araşdırma aparılır.
Sumqayıt şəhər sakini A.Məmmədovun idarə etdiyi avtomobildən qanunsuz saxladığı ov tüfəngi və 12 ədəd patronu olan patrondaş götürülüb
Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Sumqayıt şəhər sakini A.Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobildən qanunsuz saxladığı “BUM” markalı ov tüfəngi və 12 ədəd patronu olan patrondaş götürülüb. Araşdırma aparılır.
Bərdə şəhər sakini A.Axundovdan “Naqan” tipli tapança və ona aid 5 ədəd patron götürülüb
Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş A.Axundovdan “Naqan” tipli tapança və ona aid 5 ədəd patron götürülüb. Araşdırma aparılır.
Soyğunçuluq əməlində şübhəli bilinən Bakı şəhər sakini M.Səmədov və Ağcabədi rayon sakini F.Rzayev saxlanılıblar
Nəsimi rayonu ərazisində iki nəfərin Qobustan rayon sakini olan oğlana zor tətbiq edərək pulunu və mobil telefonunu talaması barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini M.Səmədov və Ağcabədi rayon sakini F.Rzayev saxlanılıblar. Araşdırmalarla M.Səmədovun Sumqayıt şəhər sakini olan daha bir nəfərin 860 manat pulunu və mobil telefonunu soyğunçuluq yolu ilə talaması da müəyyən olunub. Araşdırma aparılır.
Axtarışda olan Bakı şəhər sakini F.Mirzəyev saxlanılıb
Xəzər rayonunun Binə qəsəbəsindəki bir ofisin kondisioner mühərrikinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən, Cinayət Məcəlləsinin 234-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə axtarışda olan Bakı şəhər sakini F.Mirzəyev saxlanılıb.
Oğurluqda şübhəli bilinən Laçın rayon sakini H.Şahverdiyev saxlanılıb
Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində “Ford” markalı bir avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Laçın rayon sakini, əvvəllər məhkum olunmuş H.Şahverdiyev saxlanılıb. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Goranboy rayon sakini V.Zamanov saxlanılıb
Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 4200 manat pul, qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini V.Zamanov saxlanılıb. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Beyləqan rayon sakini P.Həsənli saxlanılıb
Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki mağazaların birindən 596 manat pul, danışıq kartları, tütün məmulatı, spirtli içki və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini P.Həsənli saxlanılıb. Araşdırma aparılır.
Yasamal rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 10 nəfər saxlanılıb
Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 10 nəfər saxlanılıb. Qanunsuz dövriyyədən külli miqdarda - 5 kiloqrama yaxın heroin və psixotrop maddə metamfetamin çıxarılıb.Saxlanılanlardan biri, əvvəllər məhkum olunmuş Anar Əliyev Yasamal rayonunda narkotik vasitələrin satışını həyata keçirən əsas şəxslərdən olub. O, narkotikləri sosial şəbəkələr vasitəsi ilə xarici ölkələrdə yaşayan narkotik vasitə satıcıları ilə əlaqə yaradaraq əldə etdiyini bildirib.Aşkar edilən faktlarla bağlı 26-cı Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.Qeyd edək ki, ilin əvvəlindən Yasamal Rayon Polis İdarəsinin və ərazi Polis Bölmələrinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı qanunsuz dövriyyədən 13 kiloqramdan artıq narkotik vasitə və psoxotrop maddə çıxarılıb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 65 cinayətin açılması təmin olunub
24.01.2023
Yanvarın 24-də ölkə ərazisində qeydə alınan 65, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.