Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Şəmkir rayon sakinlərinə bıçaqla xəsarət edən şəxs saxlanılıb
23.02.2023
Fevralın 24-də saat 1 radələrində Şəmkir rayon sakinləri N.Abbasovun, həyat yoldaşı S.Abbasovanın və azyaşlı nəvəsinin xəsarət almaları barədə polisə məlumat daxil olub.Şəmkir Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla N.Abbasovun evinə gələn Kür qəsəbə sakini F.Məmmədovun bıçaqla onlara xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən olunub.Qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən F.Məmmədov saxlanılıb.Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.
Xətai rayonu ərazisindəki marketlərin birindən pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində S.Ə.Şirvani küçəsində yerləşən marketlərin birindən 912 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.İsmayılov saxlanılıb. Araşdırma aparılır.
Sumqayıt şəhər sakini X.İbrahimovdan marixuana aşkar olunaraq götürülüb
Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş X.İbrahimovdan 440 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Bərdə rayonu Lənbəran kənd sakininin həyətindən marixuana aşkar olunaraq götürülüb
Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Lənbəran kənd sakini Q.Məmmədovun həyətinə baxış zamanı oradan 1 kiloqram 130 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Göygöl rayon ərazisindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 3800 manat pul oğurlamaqda şübhəli bilinən Ç.Mahmudov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Yevlax rayonu ərazisində saxlanılan şəxsdən heroin, xəncər,beşbarmaq və elektron tərəzi aşkar olunaraq götürülüb.
Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş E.Bayramzadədən heroin, 1 ədəd xəncər, 1 ədəd beşbarmaq və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Sabunçu rayonu ərazisində evlərinin birindən oğurluq edən şəxs saxlanılıb
Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində fevralın 13-də Bakıxanov qəsəbəsindəki evlərin birindən pul və 3830 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən, Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə axtarışda olan Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş E.Eminov saxlanılıb.
Yevlax rayonunun Nərimanabad kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Sabirabad şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
Fevralın 23-də saat 21 radələrində Sabirabad şəhəri ərazisində rayon sakinləri N.Cəbrayılzadənin idarə etdiyi “Priora” və T.Zamanovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü xəstəxanaya yerləşdirilib, T.Zamanov orada ölüb.Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 77 cinayətin açılması təmin olunub
22.02.2023
Fevralın 22-də ölkə ərazisində qeydə alınan 77, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.