Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qəbələ rayon İmamlı kənd sakinindən ov tüfəngi və patron götürülüb
24.02.2023
Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində İmamlı kənd sakini Q.Əzizovdan qanunsuz saxladığı “Tula” markalı ov tüfəngi və 1 ədəd patron götürülüb. Araşdırma aparılır.
İmişli Rayon Xubyarlı kənd sakinindən qanunsuz ov tüfəngi götürülüb
İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Xubyarlı kənd sakini S.Şirinovdan qanunsuz saxladığı“TOZ-16” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Nərimanov rayonunun Z.Bünyadov prospektində yol-nəqliyyat hadisəsi
Fevralın 24-də saat 21 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakinləri Y.Yusiflinin idarə etdiyi “Lada Granta” və T.Kainbəyovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşduqdan sonra qarşıdan gələn “Chevrolet”,“Mercedes” və “Toyota” markalı avtomobillərə dəyib. Nəticədə Y.Yusifli hadisə yerində ölüb, digər sürücülər və sərnişinlər olmaqla 7 nəfər xəstəxanaya yerləşdirilib.Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 79 cinayətin açılması təmin olunub
23.02.2023
Fevralın 23-də ölkə ərazisində qeydə alınan 79, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Qanunsuz saxlanılan silah-sursatla bağlı tədbirlər davam etdirilir
Qanunsuz saxlanılan silah-sursatla bağlı tədbirlər davam etdirilir.Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində fevralın 23-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 10 ədəd ov tüfəngi götürülüb.Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Naxçıvan Muxtar Respublikasının Kəngərli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Çalxanqala kəndi ərazisində qanunsuz ov edən kənd sakinləri saxlanılıb
Naxçıvan Muxtar Respublikasının Kəngərli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Çalxanqala kəndi ərazisində qanunsuz ov edən kənd sakinləri V.Ağaməmmədov, O.Xudaquliyev, Ş.Ağaməmmədov və A.Ağaməmmədov saxlanılıb.Onlardan qanunsuz saxlanılan “İJ-18”, “Cifsa” və “TOZ-63” markalı 4 ov tüfəngi götürülüb.V.Ağaməmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı oradan ovladıqları 1 ədəd dağ keçisi, 4 ədəd patron və 1 ədəd patron qatarı aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan rayon sakinlərindən qanunsuz saxladıqları “İJ” markalı ov tüfəngləri götürülüb
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan rayon sakinləri R.Qunduzovdan, A.Əhməyevdən, C.Mahmetabinovdan, N.İlyasovdan, T.Bayramovdan və İ.Abdullayevdən qanunsuz saxladıqları 6 ədəd nömrələri silinmiş “İJ” markalı ov tüfəngləri götürülüb. Araşdırma aparılır.
Binəqədi rayonunun Daş Bazarı dairəsində avtomobili ödənilməyən cəriməsi olduğuna görə idarə edən şəxs saxlanılıb
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən fevralın 23-də saat 18 radələrində Binəqədi rayonunun Daş Bazarı dairəsində Bakı şəhər sakini Y.Novruzovun idarə etdiyi “Hyundai” markalı avtomobil ödənilməyən cəriməsi olduğuna görə saxlanılıb.Sürücüdən sənədlərini təqdim etməsi tələb edildikdə o və sərnişini, paytaxt sakini A.İmanverdiyev polis əməkdaşlarına tabesizlik göstəriblər.Həmin şəxslərin narkotik vasitənin təsiri altında olmaları şübhə doğurduğundan onlar Sumqayıt şəhərinə həkim müayinəsinə aparılıblar. Lakin orada da onlar analoji hərəkətlərini davam etdirərək tabesizlik göstərdiklərindən Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə təhvil veriliblər.Araşdırma aparılır.
Nəsimi rayonunu ərazisində xuliqanlıq əməli törətməkdə şübhəli bilinənlərdən Ə.Vəliyev və P.Nəhmətov saxlanılıb
Fevralın 21-də saat 16 radələrində Nəsimi rayonunun C.Səlimov küçəsində bir nəfərin bir qrup şəxs tərəfindən döyülməsi və onu “Fiat” markalı avtomobillə aparmaları barədə Nəsimi Rayon Polis İdarəsinə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla 5 nəfərin xuliqanlıq zəminində R.Mamedovu döyüb xəsarət yetirmələri, avtomobillə aparmaları və 3-cü mikrorayon ərazisində buraxmaları müəyyən olunub.Əməliyyat tədbirləri ilə bu əməli törətməkdə şübhəli bilinənlərdən əvvəllər məhkum olunmuş Ə.Vəliyev və P.Nəhmətov müəyyən olunaraq saxlanılıb. Şəxsiyyəti müəyyən olunan digərlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Səbail rayonu ərazisində nəqliyyat vasitəsini qaçırmaqda və yol qəzası törədərək hadisə yerini tərk etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Fevralın 19-da saat 1 radələrində Səbail rayonu ərazisindən “Jeep” markalı avtomobilin qaçırılması barədə 39-cu Polis Bölməsinə daxil olan məlumatla əlaqədar keçirilən əməliyyat tədbirləri nəticəsində həmin avtomobillə Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsinin törədilməsi müəyyən olunub. Avtomobil Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən müvəqqəti duracağa yerləşdirilib.Nəqliyyat vasitəsini qaçırmaqda və yol qəzası törədərək hadisə yerini tərk etməkdə şübhəli bilinən Sabirabad rayon sakini K.Nərimanlı müəyyən olunaraq saxlanılıb.Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.